NEFTÇİLƏRİN SAĞLAMLIĞINA XÜSUSİ QAYĞI GÖSTƏRİLİR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, qurumun strukturunda yaradılmış Sosial İnkişaf İdarəsi qısa vaxt ərzində sosial məsələlərin həllində, xüsusilə neftçilərin sağlamlığının qorunmasında xeyli iş görməyə müvəffəq olmuşdur. İdarənin tabeliyində olan Mərkəzi neftçilər xəstəxanası müasir tələblərə cavab verən tibbi avadanlıqla təchiz edilmişdir. Xəstəxananın nəzdində fəaliyyət göstərəcək yeni poliklinika binasında son tamamlama işləri görülür. Neftçilərin oftalmoloji mərkəzi də yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Cari ilin ötən aylarında 10 min nəfərdən çox neftçinin respublikamızın müxtəlif sanatoriya və istirahət evlərində güzəştli şərtlərlə istirahəti təmin edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]