“Neftçi”nin futbolçusu “Milan”da
Bakı, 28 mart, AZƏRTAC
“Neftçi” futbol klubunun üzvü Lorenzo Mezzotero ənənəvi olaraq hər il keçirilən “Milan günləri” toplanışında iştirak edir.
AZƏRTAC xəbər verir ki, toplanışa 33 ölkədən 2003-2004-cü və 2007-2008-ci il təvəllüdlü 306 uşaq və yeniyetmə qatılıb. 2008-ci il təvəllüdlü Lorenzonun oyunu və potensialı klubun mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, “Milan” ölkə xaricində oynayan istedadlı italiyalı futbolçulara hər il dəvət göndərərək, onların hazırlıq səviyyəsini yoxlayır. “Neftçi” İtaliya təmsilçisinin dəvətini müsbət dəyərləndirərək, Lorenzo Mezzoteronun toplanışda iştirak etməsi üçün lazımi şəraiti yaradıb. Martın 30-da “Neftçi”yə qoşulacaq Lorenzo Mezzotero aprelin 6-da start götürəcək “İzmir Cup” turnirində komandanın heyətində olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]