Neftin qiyməti ardıcıl 7-ci həftəni də artımla tamamlayır
Bakı, 18 dekabr, AZƏRTAC
Birjalarda xam neft qiymətləri ardıcıl 7-ci həftəni də artımla tamamlamağa yönəlib.
AZƏRTAC xəbər verir ki, koronavirusa qarşı peyvəndlə bağlı müsbət inkişafların yaratdığı nikbin gözləntilər həftə ərzində neft qiymətlərinin bahalaşmasına səbəb olub. Peyvəndin ABŞ və Avropada tətbiqi, həmçinin bazarlardakı qeyri-müəyyənliyi də aradan qaldırıb.
Neft qiymətləri son 10 ayın maksimum səviyyəsindədir. Belə ki, “Brent” markalı xam neftin qiyməti oktyabr ayının əvvəlindən indiyədək 35 faizədək artaraq hazırda 52 dollar/barrelə çatır. “Light” markalı xam neftin bir barrelinin qiyməti isə mart ayından bu vaxtadək ilk dəfə 48 dolları keçib. Lakin buna baxmayaraq, neft qiymətləri hələ də ilin əvvəli ilə müqayisədə 24 faiz aşağıdadır.
“Brent”in bir barreli Londonun ICE birjasında 51,80 dollara, “Light”ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 48,76 dollara satılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]