Nepalda qar uçqunu nəticəsində 15 nəfər itkin düşüb
Bakı, 3 noyabr, AZƏRTAC
Bu gün səhər saatlarında Nepalda Yalung Ri Himal dağının baza düşərgəsi yaxınlığında qar uçqunu nəticəsində əcnəbi alpinistlər və nepallı bələdçilər də daxil olmaqla, 15 nəfər itkin düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Kathmandu Post” yerli polis idarəsinə istinadla məlumat yayıb. “Dolma Kxanq zirvəsinə qalxmağa cəhd edən həm nepallı, həm də əcnəbi alpinistlərdən ibarət qrup səhər saat 9 radələrində qar uçqunu baş vermiş əraziyə gəlib. Onların vəziyyəti naməlum olaraq qalır”, - deyə polis rəisinin müavini Gyan Kumar Mahato bildirib.
Polisin məlumatına görə, axtarış-xilasetmə işləri davam edir. İtkin düşən alpinistlərin və bələdçilərin axtarışı üçün əraziyə helikopterlər göndərilib.
Hakimiyyət orqanları itkin düşən əcnəbi alpinistlərin milliyyətini hələlik açıqlamayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [18:28]
Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb
- 27.09.2026 [17:35]
Qazaxıstanda hərbi islahat planı hazırlanacaq
- 27.09.2026 [17:13]
Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib
- 27.09.2026 [15:57]
SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb
- 27.09.2026 [14:36]
Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur
- 27.09.2026 [13:37]
Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb
- 27.09.2026 [13:34]