Nepalın paytaxtında tütün məmulatlarından istifadə qadağan edilib
Bakı, 14 dekabr, AZƏRTAC
Nepalın paytaxtı Katmanduda bütün növ tütün məmulatlarından istifadəyə, habelə onların satışına və saxlanmasına qoyulan qadağa qüvvəyə minib.
AZƏRTAC “The Himalayan Times” qəzetinə istinadla xəbər verir ki, qadağa tütün məmulatlarının tənzimləməsi barədə qanuna əsasən tətbiq olunub. Qərarın icrasına bələdiyyə polisi nəzarət edəcək.
Bundan sonra qadağaya əməl etməyən satış məntəqələrində tütün məmulatları dərhal müsadirə olunacaq. Eyni halın üçüncü dəfə təkrarlanacağı təqdirdə mağaza bağlanacaq.
Şəhər rəhbərliyi, həmçinin əhalini tütün məmulatlarına qoyulan qadağanın pozulması halları ilə bağlı qaynar xəttə zəng edərək məlumat verməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]