Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 15 fevral, AZƏRTAC
Fevralın 13-də saat 22 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini İ.Tağızadəyə məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə rayon polis idarəsinin 13-cü polis bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Təhlükəsiz Şəhər Xidmətinin, Əlahiddə Çevik Polis Alayının və rayon polis idarəsinin 13-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş E.Kərimov avtomobillə birgə yaxalanıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.