NƏQLİYYAT-YOL KOMPLEKSİNDƏ “EKOLOGİYA İLİ” ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
Bakı, 29 aprel (AZƏRTAC). “Ekologiya ili” çərçivəsində nəqliyyat nazirinin əmri ilə nəqliyyat-yol kompleksi üzrə ətraf mühitin sağlamlaşdırılmasına dair tədbirlər planı təsdiq edilmişdir.
Nəqliyyat Nazirliyindən bildirmişlər ki, hazırda bu istiqamətdə müvafiq qurumlarda (“Azərbaycan Dəmir Yolları” QSC, “Avtonəqliyyatservis” departamenti və “Azəryolservis” ASC) kompleks işlər həyata keçirilir. Dəmir yolu nəqliyyatı fəaliyyətinin xüsusiyyətlərini nəzərə alan, ətraf mühitin mühafizəsinə dair hesabat formalarının, daşıma prosesində baş verən qəzalar nəticəsində neft və neft məhsullarının dağılması ilə bağlı fövqəladə hallar üzrə müvafiq təlimatların hazırlanması diqqət mərkəzindədir.
Planda respublika və yerli əhəmiyyətli avtomobil yollarının, habelə ümumi istifadədə olan dəmir yolunun mühafizə zonalarında müxtəlif növ yaşıllıqların salınması, ağac və kol bitkilərinin əkilməsi və mövcud olanların qorunması və s. məsələlər də öz əksini tapmışdır.
“Ekologiya ili” çərçivəsində nazirliyin bütün qurumlarında “Sağlam ekoloji mühit, təmiz hava, təmiz su” mövzusunda müsabiqə də keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]