CƏMİYYƏT
Nərimanov rayonunda ictimai yerdə aşkarlanan koronavirus xəstəsi məsuliyyətə cəlb edilib
Bakı, 3 dekabr, AZƏRTAC
Aktiv koronavirus xəstəsi olan paytaxt sakini 34 yaşlı Mahmud Məmmədov Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən ictimai yerdə müəyyənləşdirilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.
M.Məmmədov barəsində Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.