Nərimanov və Sabunçu rayonlarında oğurluq edənlər saxlanılıblar
Bakı, 3 noyabr, AZƏRTAC
Nərimanov rayonunda mağazaların birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 1-də Bakı şəhər sakini polisə müraciət edərək ona məxsus mağazadan 30 min manat dəyərində dam örtüklərinin talandığını bildirib.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı R.Səmədov müəyyən olunaraq saxlanılıb.
Paytaxtın Sabunçu rayonunda isə bir nəfərə məxsus 2 min 300 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən yeniyetmə də polis tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]
Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb
- 01.10.2026 [12:13]