“NƏRİMANOVNEFT” UĞURLARINI ARTIRIR
“Nərimanovneft” Neft və Qaz Çıxarma İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, kollektiv yanvar-sentyabr aylarında 244 min 640 ton neft hasil edərək 9 aylıq proqnoza 119,5 faiz əməl etmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5692 ton, yəni 2,4 faiz çoxdur. Nəzərdə tutulandan 10 milyon kubmetr çox, başqa sözlə, 327,5 milyon kubmetr qaz çıxarılmış, dövlətə 7382 min kubmetr çox mavi yanacaq təhvil verilmişdir. İdarə gündə orta hesabla 1,364 milyon kubmetr qaz çıxarmış, 1,2 milyon kubmetr mavi yanacaq təhvil vermişdir.
İdarənin kollektivi neft və qaz hasilatını yüksək səviyyədə saxlamaq üçün bütün imkanlardan səmərəli istifadə etmiş, 60 əvəzinə 80 texniki tədbir həyata keçirmiş, 8250 ton əlavə neft əldə etmişdir. Fəaliyyətsiz 1 quyu istismara qaytarılmış, həmin quyudan 193 ton neft çıxarılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]