Nərmin Carçalova: COP29 həm də davamlı qlobal enerji modeli kimi təşkil edilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan COP29-a ev sahibliyi edərkən tədbiri yalnız danışıqlar platforması deyil, həm də davamlı qlobal enerji modeli kimi təşkil etməyi qarşıya məqsəd qoyub.
AZƏRTAC xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW 2025) ikinci günü etdiyi çıxış zamanı bildirib.
O, həmçinin “COP29 Davamlılıq Hesabatı”nın əhəmiyyətini vurğulayıb. Hesabatda göstərilib ki, COP29 tamamilə bərpaolunan enerji ilə təmin edilib, 3 min tondan artıq emissiya azaldılıb və bütün tullantıların 68 faizi təkrar emala yönəldilib. Tədbir çərçivəsində ilk dəfə işarə dili tərcüməsi, əlçatan infrastruktur və inklüziv xidmətlər təqdim olunub.
Nərmin Carçalova vurğulayıb ki, COP29 tarixdə ilk dəfə ISO Davamlı Torpaq İdarəçiliyi sertifikatı alıb və bu, Azərbaycanın davamlılıq sahəsində beynəlxalq nüfuzunu daha da möhkəmləndirib. O, həmçinin tədbirin təşkilinə dəstək göstərən minlərlə könüllünün və tərəfdaş qurumların rolunu xüsusi qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:31]
Sabahın hava proqnozu açıqlanıb
- 21.09.2026 [12:04]
ASAN könüllüləri IDEA ilə birlikdə “Yaşıl dağ” aksiyasını təşkil ediblər
- 20.09.2026 [11:02]
Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA
- 19.09.2026 [17:26]
Göygölə dolu düşüb - FAKTİKİ HAVA
- 19.09.2026 [13:08]
Bazar gününün hava proqnozu açıqlanıb
- 18.09.2026 [18:46]
Bakı və Sumqayıtda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 18.09.2026 [17:07]
Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
- 18.09.2026 [13:16]
AC30 iştirakçıları Milli Hidrometeorologiya Xidmətində olublar
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]