NƏRMİN KAZIMOVA NÖVBƏTİ GÖRÜŞDƏ DƏ QƏLƏBƏ QAZANMIŞDIR
Bakı, 17 yanvar (AZƏRTAC). Şahmat Federasiyasının zalında keçirilən qadınlar arasında respublika çempionatında 5-ci tur oynanılmışdır.
Federasiyadan bildirmişlər ki, yarışın yeganə lideri Nərmin Kazımova bu dəfə keçmiş respublika çempionu Elmira Əliyevanı məğlub edərək turnir vəziyyətini bir qədər də möhkəmləndirmişdir.
Beşinci tur çərçivəsində Zeynəb Məmmədyarova Turan Əsgərova, Türkan Məmmədyarova Səbinə İbrahimova, Nərgiz Umudova isə Səbinə Quliyeva üzərində qələbə qazanmışdır. Gülnar Məmmədova Xəyalə Abdulla ilə görüşünü heç-heçə başa vurmuşdur.
Turnir cədvəlinə 4 xalla Nərmin Kazımova başçılıq edir. Nərgiz Umudova 3,5 xalla 2-ci pillədə qərarlaşmıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]