Nəsimi-Binəqədi seçki dairəsinin 27 saylı məntəqəsində seçici aktivliyi müşahidə edilir
Bakı, 29 yanvar, AZƏRTAC
Bələdiyyə seçkilərində 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 27 saylı seçki məntəqəsində səsvermə prosesi demokratik şəkildə davam edir. Bu ərazidə yaşayan seçicilər məntəqələrə gələrək, səslərini istədikləri namizədə verirlər.
Bunu AZƏRTAC-a açıqlaması zamanı, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 27 saylı seçki məntəqəsinin sədri Fatma Sofiyeva bildirib.
Onun sözlərinə görə, məntəqə üzrə 1124 seçici var ki, onlardan 2 nəfəri vəfat edib, 87 nəfər qeydiyyat üzrə yaşamır və ya köçüb gedənlər var.
“Hazırda 1026 nəfər səs verəcək. İlk dəfə səs verənlər yoxdur. Eyni zamanda, 60-a yaxın seçici üçün evdə səsvermə imkanı yaradılıb. Məntəqədə veb-kameralar quraşdırılıb. Seçici aktivliyi normaldır”, - deyə F.Sofiyeva qeyd edib.
Məntəqə sədri deyib ki, məntəqələrdə seçicilərin öz səslərini sərbəst şəkildə vermələri üçün hər cür şərait yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 02.10.2026 [19:23]
“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar
- 02.10.2026 [18:33]
Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
- 02.10.2026 [18:14]