Nəsimi rayonunda uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib
Bakı, 10 fevral, AZƏRTAC
Təbiətə sevgi hissi oyanması, bizi əhatə edən ətraf mühitə məhəbbət aşılanması uşaq yaşlarından başlayır. Bunu nəzərə alan 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Nəsimi rayon filialında “Təbiəti qoruyaq” adlı sərgi keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, sərgidə Mərkəzin dekorativ rəsm dərnəyində məşğul olan məktəblilərin təbiət mövzusunda çəkdikləri rəsm əsərləri və rəngarəng əl işləri nümayiş olunub.
Sərgidə iştirak edən dərnək üzvlərinə diplomlar verilib.