NİAQARA MUSİQİ FESTİVALINDA AZƏRBAYCAN BƏSTƏKARLARININ ƏSƏRLƏRİ SƏSLƏNMİŞDİR
V.Motsartın 250 illiyinə həsr edilmiş builki festivalın açılışında dahi Üzeyir Hacıbəyovun “Motsart mövzularında fantaziya” və Torontoda yaşayan həmyerlimiz, görkəmli bəstəkar Cövdət Hacıyevin oğlu İsmayıl Hacıyevin “Klassik üslubda konsertino” əsərləri səsləndirilmişdir.
Konsertdə Azərbaycan musiqisi haqqında məlumat verilmişdir. Xüsusi vurğulanmışdır ki, festivalın sponsorlarından biri də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyidir.
Kanada Xarici İşlər və Beynəlxalq Ticarət Departamentinin nümayəndəsi ikitərəfli münasibətlərin inkişafı üçün belə tədbirlərin vacibliyini vurğulamışdır.
Orkestrdə ifaçılar arasında Azərbaycan musiqiçilərindən Rüfət Əmirəliyev, Tatyana Hacıyeva, Zaida Hacıyeva, Teymur Sadıxov və Muxtar Nobari da olmuşdur.
Böyük maraqla qarşılanan konsertdən sonra tamaşaçılar Azərbaycan musiqiçilərinə təşəkkür etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:05]
İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO
- 15.10.2026 [09:30]
“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi
- 14.10.2026 [22:48]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:42]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [21:38]
Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?
- 14.10.2026 [20:39]
Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi
- 14.10.2026 [20:33]