Niderland Ukraynaya 2 milyard avro əlavə hərbi yardım göstərəcək
Bakı, 18 noyabr, AZƏRTAC
Niderland Ukraynaya 2 milyard avro məbləğində yeni hərbi yardım paketi göndərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Niderlandın Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
"Niderland Ukraynaya ardıcıl olaraq dəstək göstərilməsini davam etdirir. 2024-cü ildə Nazirlər Kabineti bunun üçün 2 milyard avrodan çox vəsait ayırıb. Bu məbləğ əsasən hərbi dəstək məqsədilə nəzərdə tutulub", - deyə açıqlamada qeyd olunub.
Ayrılan vəsait silah-sursatın tədarükünə, texnika və silahlara texniki qulluq göstərilməsinə, kibertəhlükəsizliyə, həmçinin ölkənin bərpasına və yenidən qurulmasına yönəldiləcək. Bundan əlavə, Niderland 2024-cü ildə Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri üçün təlimləri davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:58]
Taylandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]