Niderlandda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan fotosərgi açılıb
Haaqa, 9 may, AZƏRTAC
Azərbaycanın Niderlanddakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə onun həyat yolunu, müstəqil Azərbaycan naminə məqsədyönlü fəaliyyətini dolğun əks etdirən fotosərgi açılıb.
Sərginin açılışında səfir Mirhəmzə Əfəndiyev görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin yarım əsrə yaxın dövrü əhatə edən parlaq siyasi fəaliyyətinin tarixi əhəmiyyətindən, müstəqil dövlətçiliyimizin inkişafında müstəsna xidmətlərindən bəhs edib. Diplomat Ulu Öndərin uzaqgörən neft strategiyasının Azərbaycanın bugünkü sürətli inkişafının başlanğıcı olduğunu söyləyib, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Sonra ümummilli lider Heydər Əliyevin şanlı həyat yolundan bəhs edən film nümayiş etdirilib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa