Niger ordusunun rəhbərliyi qiyamçıları dəstəkləyib
Bakı, 27 iyul, AZƏRTAC
Niger Silahlı Qüvvələrinin Baş qərargahı prezident Mohamed Bazumun vəzifədən kənarlaşdırıldığını elan edən qiyamçıları dəstəklədiyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə qərargahın tviter səhifəsində dərc olunmuş bəyanatında deyilir. Bəyanatda, həmçinin vurğulanır ki, “istənilən kənar müdaxilə ölkədə fəlakətli nəticələrə və xaosa gətirib çıxaracaq”.
Baş qərargah ordunu terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini diqqətdə saxlamağa çağırıb.
Xatırladaq ki, keçmiş Fransa müstəmləkəsi olan Niger müstəqillik əldə etdikdən sonra (1946-cı il) ölkədə hakimiyyət çevriliş yolu ilə dörd dəfə dəyişib. Prezident Mohamed Bazum qərbyönlü siyasətçi və Parisin yaxın müttəfiqi kimi tanınır. Niger Fransanın EDF enerji şirkətini uranla təmin edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]