Nigerdə fransız dilinin statusu dəyişdirilib
Bakı, 12 aprel, AZƏRTAC
Niger hökuməti ölkənin rəsmi dili ilə bağlı sənədlərdə dəyişiklik edib.
AZƏRTAC xəbər verir ki, sonuncu – 2000-ci ildə qəbul edilmiş konstitusiyaya görə fransız dili dövlət dili, yerli dillər isə “milli dillər” statusuna malik idi.
Konstitusiyanın 12-ci maddəsinə dəyişiklik edilməsi ilə bağlı qərar artıq “Rəsmi Qəzet”də dərc olunaraq qüvvəyə minib. Qərara əsasən hausa rəsmi dil elan edilib. Fransız dilinin statusu isə işçi dil səviyyəsinə endirilib. Sənədə görə digər 9 dil, o cümlədən ərəb dili “Nigerdə danışılan dillər” kateqoriyasına daxil olunub.
Hausa Niger və qonşu ölkələrdə ən çox danışılan dildir. Ölkə əhalisinin cəmi 13 faizi fransızdillidir.
Xatırladaq ki, Nigerdə yanvardan etibarən Fransa müstəmləkəçiliyini əks etdirən toponimlər dəyişdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]