Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nikol Paşinyan ölkəni dövlətçilik təfəkkürü zəminində deyil, küçə psixologiyası ilə idarə etməyə çalışır

Nikol Paşinyan ölkəni dövlətçilik təfəkkürü zəminində deyil, küçə psixologiyası ilə idarə etməyə çalışır

Beynəlxalq münasibətlər sisteminin tənəzzülə uğradığı bir məqamda geosiyasi ziddiyyətlərin kəskinləşməsi dövlətlərin konstruktiv əlaqə şanslarını getdikcə azaldır. Qlobal miqyasda geosiyasi durum son dərəcə həssas bir mərhələyə qədəm qoysa da, böyük dövlətlər, dünya nizamına təsir gücünə malik siyasi mərkəzlər böhrandan çıxış yolu axtarmaq əvəzinə, onu daha da dərinləşdirirlər. Üçüncü minilliyin əvvəlindən başlayan proseslər onu göstərir ki, hələlik ABŞ-ın razılığı olmadan beynəlxalq münasibətlər sistemində real dəyişikliklər etmək, qlobal təhlükəsizliyə yeni təhdidlərin qarşısını almaq imkansızdır. Müasir dünyada strateji balansın və sabitliyin təminatı mühüm vəzifə kimi ön plana çıxsa da, geosiyasi qərarların qəbulu mexanizmi təkmil deyil, böyük dövlətlər isə problemlərin açıq və ədalətli müzakirəsindən yayınırlar. Planetin gələcəyini, bəşəriyyətin taleyini təhdid edən yeni təhlükələr, risklər, şiddətlənən terror və separatizm dalğası dünyanı daha dərin qatlarda parçalamaqdadır. Qlobal miqyasda baş verən hadisələrin təhlili aydın göstərir ki, böyük dövlətləri yalnız öz maraqlarının təmini düşündürür, onların radikal addımlarının əsas səbəbi də budur. İkili standartlar, xristian həmrəyliyi beynəlxalq hüquq sistemini getdikcə arxa plana daha çox sıxışdırır. Milli-radikal mövqenin güclənməsi Qərbdə qarşısıalınmaz prosesə çevrilməkdədir. Ölkələrin idarəetmə, intellektual, strateji və maliyyə imkanlarını nəzarətdə saxlamaq üçün yeni-yeni təsisatlar, mexanizmlər formalaşdırılır. Təbii ki, dünyada baş verən proseslərin fonunda Cənubi Qafqazda da risklər çoxalır. Vaxtilə SSRİ-ni dağıtmaq məqsədilə milli münaqişələri, o cümlədən, ilk növbədə, Dağlıq Qarabağda alovlanan müharibə ocağını körükləyən Qərb bu gün də məkrli planlarını genişləndirir. ABŞ və Rusiya arasında Cənubi Qafqaz uğrunda savaş kəskinləşməkdədir. Gec və ya tez Ermənistanın sahibinin kim olduğu aydınlaşacaq. Çünki Ermənistanın yalan və yaltaqlıq üzərində qurulan siyasəti artıq iflasa uğrayıb, “erməni baharı”nın sonu çatıb. Ermənistanda baş verən iğtişaşlara, küçə yürüşlərinə “mədəni inqilab” donu geyindirməyə çalışan Qərb dairələri erməni diasporunun uydurmalarına aldanıb Ermənistanı Rusiyanın ağuşundan qoparacaqlarına inanırdılar. Görünür, Qərb geosiyasi, ideoloji-siyasi aspektdə bunun o qədər də asan olmadığının fərqinə varmamışdı. Az sonra hamıya bəlli oldu ki, “azad ölkə” kimi ictimai şüura sırınan bu məmləkətdə demokratiya və insan hüquqlarından əsər-əlamət yoxdur. Serj Sarkisyanın hərbi xunta rejimini əvəzləyən Nikol Paşinyan iqtidarı sürətlə uçuruma yuvarlanmaqdadır. Qərbin və Paşinyanın Ermənistanın yönünü dəyişmək niyyətləri ölkəni qarşıdurma vəziyyətinə salıb. İlk vaxtlar Paşinyanın müstəqil siyasət yeritməyə qabil olub-olmaması barədə fikirlər gündəmə hakim kəsilsə də, çox qısa zamanda bəlli oldu ki, Rusiyanın qoyduğu çərçivədən çıxmaq Ermənistana baha başa gələ bilər. Soçidə Avrasiya İqtisadi İttifaqının toplantısında “rusiyapərəst” yox, “ermənipərəst” siyasətçi olduğunu dilə gətirən Nikol Paşinyan özü də artıq siyasətçi olmadığını anlamağa başlayıb. Onun “Rusiya ilə yeni strateji əməkdaşlıq modeli” barədə fikirləri də xəstə təxəyyülün məhsulundan başqa bir şey deyil. Ermənistan cəmiyyətində obyektivliyini az-çox qoruyub saxlayan politoloqlar da bunun bir feyk olduğunu etiraf edirlər. Moskva ilə bütün sahələrdə əməkdaşlığın inkişafına çalışacağını bəyan edərək, böyük ümidlərlə bu günlərdə Rusiyaya səfər edən Nikol, heç şübhəsiz ki, uğursuzluğa düçar olacağını əvvəlcədən görürdü. Ancaq baş nazir özünün siyasi, ideoloji və diplomatik hazırlıqsızlığını pərdələmək üçün daxildə ictimai rəylə spekulyasiya etməkdən belə çəkinmədi. Paşinyanın boynunu bükərək Moskvada qapıları döyməyə, “sədaqət” andı içməyə vadar edən səbəblər çoxdur. O, yaxşı bilir ki, Ermənistanın siyasəti, iqtisadiyyatı və təhlükəsizliyi birbaşa Rusiyadan asılıdır. Bu forpostu Avropa İttifaqı ilə yarımçıq saziş imzalamağa sövq edən də Rusiyadır. Ermənistanın Moskvadan umacağı çoxdur, lakin Rusiyanın bu qondarma, cırtdan dövlətin istəklərini yerinə yetirmək imkanları məhduddur. Bu səbəbdən də Paşinyan gah nala vurur, gah da mıxa. Rusiya və Qərbin arasında vurnuxmaq heç də yaxşı gələcək vəd etmir və şimal qonşumuzun xəyanətkar forpostdan narazılığı getdikcə güclənir. Cənubi Qafqazın ən demokratik ölkəsi Azərbaycanın beynəlxalq nüfuzu və qüdrəti günbəgün artır. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu əlaqələndirən önəmli layihələrin təşəbbüskarıdır, müstəqil siyasət yeridir, bütün dövlətlərlə qarşılıqlı-faydalı əməkdaşlıq əsasında bərabərhüquqlu subyekt kimi əlaqə qurur. “Şimal-Cənub”, “Şərq-Qərb”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri böyük bir geosiyasi məkanın xəritəsini dəyişməklə Azərbaycana geosiyasi qovşaq statusu qazandırıb. Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır. Aprel döyüşləri, Günnüt əməliyyatı göstərdi ki, Ermənistanın manevr imkanları tükənib, ölkəmiz həm diplomatiya, həm də hərbi sahədə düşməni diz çökdürməyə və torpaqlarını azad etməyə qadirdir. Bu fakt düşməni vahiməyə salır, Qərblə Rusiya arasında seçimə sövq edir. İki güc arasında vurnuxan Ermənistanın etibarsızlığı Rusiyada siyasi-analitik müstəvidə ciddi aqressiya və hiddət doğurur. Paşinyanın Moskvada qeyri-ciddi, diletant fiqur kimi qarşılanmasının, öz ölkəsinə əliboş, üzüqara qayıtmasının əsas səbəblərindən biri də budur. Onun Ermənistanda verdiyi müsahibələrdən, populist çıxışlarından və Moskvada səsləndirdiyi fikirlərdən bəlli olur ki, erməni baş nazir Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə dumanlı və qeyri-obyektiv təsəvvürə malikdir. O, danışıqların Dağlıq Qarabağ separatçıları ilə aparılmalı olduğunu iddia etsə də, az sonra özünü təkzib edərək Ermənistanın münaqişədə bir tərəf olduğunu bildirir. Deməli, Dağlıq Qarabağdakı separatçıların, terrorçuların danışıqlarda tərəf olması barədə səsləndirilən iddialar yüngül desək, baş nazirin sərsəm xülyasından başqa bir şey deyil. Moskva səfərindən əvvəl Paşinyana yaxın kütləvi informasiya vasitələri qarşıdakı danışıqlardan gözləntilər və diplomatik uğurlar barədə materiallar dərc edir, müxtəlif versiyalar səsləndirirdilər. Baş nazir Ermənistanın Rusiyaya sədaqətinə dair difiramblar söyləməklə güzəştlər qoparacağına ümid etsə də, Putinin istehzalı baxışlarını görəndə yanıldığını anladı. Nikolun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın “yeni” mövqeyinə dəstək qazanmaq, Qazpromdan alınan qazın qiymətində güzəştlər əldə etmək, Azərbaycana silah satışının və ölkələrarası hərbi əməkdaşlığın qarşısını almaq, Ermənistana investisiyalar cəlb etmək arzusu ürəyində qaldı. Təkcə Nikol yox, bütün Ermənistan ictimaiyyəti bu səfərin yekunlarından, daha doğrusu, yekunsuzluğundan ciddi məyusluğa düçar oldu. Erməni iş adamları ilə görüş də bir nəticə vermədi. Nikol Paşinyanın uğursuzluğu bununla bitmədi, onu öz ölkəsində daha bir sürpriz gözləyirdi. Sentyabrın 11-də Ermənistanın iki xüsusi xidmət orqanının - Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Komitəsinin sədri Sasun Xaçaturyan arasında telefon danışığının audioyazısının İnternetdə yayımlanması ölkədə gərginliyi daha da artırdı. Paşinyan Ermənistanda həyata keçirilən həbslərdən xəbərsiz olduğunu bildirərək, baş verən olayları şantaj adlandırsa da, audioyazı baş nazirin növbəti yalanını ifşa etdi. İstintaqçılar sabiq prezident Robert Köçəryanın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun həbsi barədə qərarın siyasi sifariş olduğunu və Nikol Paşinyan tərəfindən verildiyini açıq etiraf etmişlər. Telefon danışığı zamanı İstintaq Komitəsinin sədrindən Yuri Xaçaturovun barəsində həbs-qətimkan tədbirinin seçilməsinə hazırlıq getdiyini eşidən Təhlükəsizlik Xidmətinin rəhbəri ciddi narahatlıq keçirərək, “bircə Xaçaturovu yox, KTMT rəhbəridir, tam biabır olarıq” deyir. Komitə sədri Sasun Xaçaturyan isə Artur Vanetsyana Rusiya ilə “razılaşma” olduğunu söyləyərək, baş nazirlə danışmağı məsləhət görür. Öz rəqiblərini, Rusiyanın adamlarını, vaxtilə zərbə aldığı şəxsləri aradan qaldırmağa qərar verən baş nazir bu gün ciddi təlaş və qorxu içərisindədir. Əks təqdirdə o, “Nikol Paşinyana nə isə olsa, o zaman xalq küçələrə çıxacaq və potensial qatil hesab etdiyi şəxslər üzərində məhkəmə quracaq” deməzdi. Görünür, Paşinyan özünü baş nazir postunda deyil, yenə küçə mitinqlərində “Soros uşaqları”nın yanında sərsəm fikirlər söylədiyi yerdə hiss edir. Aqillər doğru deyiblər: “Bundan sonra hara gedəcəyini bilmək üçün, bundan əvvəl haradan gəldiyini bilmək lazımdır”. Nikol Paşinyan küçədən gəlib, qayıdacağı yer də küçə olacaq.

Həsən HƏSƏNOV,

“Xalq qəzeti”nin baş redaktoru,

Əməkdar jurnalist 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub