Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nikolya Brül: Azərbaycan ilə İsveçrə arasında müxtəlif sahələrdə açıq və konstruktiv dialoq mövcuddur

Nikolya Brül: Azərbaycan ilə İsveçrə arasında müxtəlif sahələrdə açıq və konstruktiv dialoq mövcuddur

Bern, 29 mart, AZƏRTAC

Bu il Azərbaycanla bır sıra ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi tamam olur. Həmin ölkələrdən biri də Avropanın mərkəzində yerləşən İsveçrə Konfederasiyasıdır. Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında diplomatik münasibətlərin əsası 1992-ci il yanvarın 21-də qoyulub. Hazırda hər iki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr uğurla inkişaf edir. İsveçrə Konfederasiyası Xarici İşlər Nazirliyinin Siyasi Məsələlər İdarəsinin rəisi, səfir Nikolya Brül Azərbaycan-İsveçrə münasibətləri ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb:

- Bu il Azərbaycanla İsveçrə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunur. Arxada qalan 25 il ərzində Azərbaycan və İsveçrə arasında ikitərəfli əlaqələri necə xarakterizə edərdiniz? Fikrinizcə, bu dövrdə ikitərəfli əlaqələrimizdə əldə etdiyimiz ən böyük nailiyyətlər hansılardır?

- Azərbaycan və İsveçrə arasında yaxşı və səmimi diplomatik əlaqələr mövcuddur. Hər iki ölkə çoxlu ortaq maraqlara malikdir. İkitərəfli münasibətlər qarşılıqlı səfərlərin və görüşlərin yüksək intensivliyi ilə seçilir. Biz xüsusilə yüksək qiymətləndiririk ki, ikitərəfli münasibətlərimizdə - siyasi məsələlərdən tutmuş iqtisadiyyat, idarəçilik və insan haqlarına kimi müxtəlif sahələrdə açıq və konstruktiv dialoq apara bilirik.

Eyni zamanda, iqtisadi sahədə münasibətlərdə hələ də istifadə edilməmiş potensial mövcuddur. Hazırda 20-dən artıq İsveçrə şirkəti Azərbaycanda təmsil olunur. İsveçrədə isə SOCAR 160 yanacaqdoldurma məntəqəsi açmaqla öz brendini tanıdıb. Həmçinin Azərbaycanla İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) arasında uğurlu əməkdaşlığı xüsusi olaraq xatırlatmaq lazımdır. Dövlət Katibliyi artıq ilkin uğurlarını göstərən müxtəlif islahat proqramlarını dəstəkləyir. Onlardan misal kimi daşınmaz əmlakın dövlət qeydiyyatı, əmlakın reyestr qeydiyyatına alınması və şirkətlərin təsisi üçün elektron xidmətlərin yaradılmasını göstərmək olar.

- İkitərəfli münasibətlərimizin perspektivlərini necə qiymətləndirərdiniz?

- Bizim diplomatik münasibətlərimiz inkişaf potensialına malikdir. İqtisadi, peşə təhsili və mədəniyyətlərarası əlaqələr sahəsində Azərbaycan və İsveçrə bir-birindən daha da çox faydalana və öz təcrübələrini bölüşə bilərlər. Parlamentlərarası müstəvidə Azərbaycan-İsveçrə parlament qrupları arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri üzrə müntəzəm ünsiyyət mövcuddur.

Bundan əlavə, bu ilin ikinci yarısında Azərbaycana səfər edəcəyimdən çox məmnunam. Bu səfər Azərbaycan qurumları ilə mövcud əlaqələrimizi daha da dərinləşdirməyə imkan verəcək.

- Azərbaycanda çoxlu sayda İsveçrə sərmayəli şirkət fəaliyyət göstərir. İsveçrə Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı üçün iqtisadiyyatın konkret hansı sahələrində öz təcrübəsi ("now-how") ilə dəstək verə bilər? Ümumiyyətlə, iki ölkə arasında iqtisadi əməkdaşlığı qənaətbəxş hesab edirsinizmi?

- Cənubi Qafqaz üçün İsveçrə Əməkdaşlıq Strategiyası növbəti dörd il müddətinə əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Həmin strategiya əsas diqqətini diversifikasiya, ticarət və regional dialoq çərçivəsində əməkdaşlığın inkişafı, eləcə də ətraf mühit risklərinin idarə edilməsinə yönəldir. Holcim konserni qeyri-neft sektorunda ən böyük xarici investorlardan biridir. Bundan başqa, çoxlu sayda İsveçrə şirkəti var ki, onlar iqtisadiyyatın müxtəlif sektorlarında (nəqliyyat, yeyinti sənayesi, əczaçılıq və s.) fəaliyyət göstərir.

Biz Azərbaycanın kiçik və orta sahibkarlığında potensial görürük. Bu sahə maliyyə imkanlarına sadələşdirilmiş giriş, maliyyə strukturunun diversifikasiyası, mobil ödəniş və bank xidmətlərinin inkişafının dəstəklənməsi ilə təmin edilə bilər.

- Ölkələrimiz “Bretton Woods” institutları çərçivəsində də əməkdaşlıq edirlər. İsveçrə bu əməkdaşlığın səviyyəsindən razıdırmı?

- “Bretton Woods” institutlarında İsveçrənin sədrlik etdiyi səsvermə qrupu Azərbaycanla uzunmüddətli uğurlu əməkdaşlığa malikdir. Azərbaycan səsvermə qrupunda Avropa və Mərkəzi Asiya üzvləri arasında mühüm körpü funksiyasını icra edir. Biz, həmçinin Azərbaycanın rəsmi qurumları və İsveçrənin Maliyyə Bazarına nəzarət qurumu - FINMA arasındakı əməkdaşlığı yüksək dəyərləndiririk və praktiki əməkdaşlığımızı gələcəkdə də davam etdirəcəyik.

- Azərbaycan tarixi ənənələrindən istifadə edərək mədəniyyətlərarası dialoq və multikulturalizm ideyalarına xüsusi önəm verir və son illər bir sıra əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edib. İsveçrə də özünün çoxmədəniyyətli cəmiyyəti ilə xarakterizə olunur. Bu sahədə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq imkanlarını necə görürsünüz?

- Azərbaycan öz coğrafi mövqeyinə görə Avropa və Asiya arasında mədəni və iqtisadi körpü rolunu oynayır. İsveçrə isə öz növbəsində çoxdilli ölkə olması ilə tanınır, o, roman və alman dilləri arasında sərhədlərin keçdiyi ərazidə yerləşir və miqrasiya nəticəsində davamlı olaraq yeni dil və mədəniyyətlərə qucaq açır. Bir-birini genişləndirən multikultural təcrübələrlə bağlı mübadilə böyük əhəmiyyətə malikdir.

Azərbaycandakı İsveçrə səfirliyi Mədəniyyət Siyasəti Mərkəzi ilə əməkdaşlıq şəraitində müxtəlif tədbirlər təşkil edir. İsveçrədə isə əsasən mədəniyyət festivalları və Azərbaycan müəlliflərinin əsərlərindən qiraət kimi fərdi təşəbbüslər sayəsində mədəni təmaslar qurulur. Bizim üçün çox sevindiricidir ki, Azərbaycan səfirliyi mütəmadi olaraq müxtəlif səpkilərdə tədbirlərlə fəal şəkildə İsveçrədə mədəni mübadilə ilə məşğuldur.

- İsveçrənin ATƏT-də sədrliyi ən fəal sədrliklərdən biri kimi yadda qalıb və sədrliyi dövründə İsveçrə ATƏT məkanında həll olunmamış münaqişələrə xüsusi diqqət yetirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgənin tam inkişafının və regional əməkdaşlığın qarşısında duran əsas maneədir. İsveçrə 2015-ci ilin dekabrında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə də ev sahibliyi edib. Məlumdur ki, bu münaqişənin həllində vasitəçilik ATƏT-in Minsk qrupuna həvalə edilib. Uğurlu vasitəçilik təcrübəsi olan İsveçrə Ermənistanla Azərbaycan arasında münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün hansı töhfəni verə bilər?

- İsveçrə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir və münaqişə tərəfləri arasında davamlı dialoq üçün çalışır. İsveçrə əmindir ki, intensivləşdirilmiş və strukturlu danışıqlar prosesi davamlı sülh üçün şansları artıra bilər. Sədrlik dövrü başa çatdıqdan bəri İsveçrə ATƏT sədarətinə Cənubi Qafqaz üzrə xüsusi nümayəndəni təqdim edib.

Xoşməramlı xidmətlər siyasəti çərçivəsində İsveçrə gələcəkdə də tərəflər arasında yüksək ranqlı danışıqlar üçün ev sahibliyi etməyə hazırdır. Əgər münaqişə tərəfləri arzu edərlərsə, İsveçrə vasitəçilik sahəsində də öz ekspertiza və təcrübəsini tətbiq edə bilər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər Parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib