NİYAZOV NÖVBƏTİ QƏHRƏMAN ADINDAN İMTİNA ETMİŞDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldiği xəbərə görə, Prezident Niyazov ona növbəti dəfə Türkmənistan Qəhrəmanı adının verilməsindən imtina edərək, bu məsələ ilə bağlı qərarı Xalq Məsləhətinin gələn il keçiriləcək iclasında müzakirəyə çıxarılması təklifini irəli sürmüşdür.
Xalq Məsləhətinin üzvləri ölkə başçısının 2008-2009-cu illərdə prezident seçkilərinin keçirilməsi haqqında təklifini dəstəkləməmişlər. Prezident demişdir: “Onda mənim 70 yaşım olacaq, bu yaşda isə ölkəni idarə etmək çətindir”. Lakin Xalq Məsləhətinin üzvləri bu dəlili qəbul etməmişlər.
Natiqlər çıxışlarında demişlər ki, “Tanrı Sizi türkmən xalqına bəxş etmişdir”, “Ömürlük Prezident Saparmurad Niyazovun dövründə prezident seçkiləri mövzusu qaldırılmamalıdır”.
Xatırladaq ki, Saparmurad Niyazovun ömürlük prezidentliyi haqqında qərarı Xalq Məsləhəti 1999-cu ildə qəbul etmişdir.