NİYAZOV TƏLƏBƏLƏRƏ TORPAQ İCARƏDARLARI OLMAĞI TƏKLİF ETMİŞDİR
Prezident Saparmurad Niyazov Nazirlər Kabinetinin iclasında Universitetin rektoruna belə göstəriş vermişdir: ”İndən belə ilyarım ümumi nəzəri biliklər verirsiniz. Sonra tələbələr 2,5 il bu torpaqda icarədar işləyərək, öz biliklərini artırır və pul qazanırlar. Rayon rəhbərləri yaşayış massivlərində onlara yer verəcəklər. Qoy 30-50 gəncdən ibarət qruplar bölgələrə gəlsinlər, onları yataqxana ilə təmin edin, təqaüd deyil, məvacib verin. Müəllimlərin bir hissəsi tələbələrlə olmalıdır. Bu, yeni kənd üçün yeni nəsil olacaqdır”.
Prezident Niyazov Universitetin yeni təlim-istehsalat proqramına növbəti uğursuz pambıq kampaniyası ilə əlaqədar toxunmuşdur. Bu il ölkədə 2 milyon əvəzinə, cəmi 737 min ton pambıq yığılmışdır. Prezident təəssüflə demişdir: “Kənd təsərrüfatında torpağın əsil sahibi tapılmır ki, tapılmır. Biz öz torpağımıza hələ də yad nəzərlərlə baxırıq. Kənd Təsərrüfatı Universitetinin isə bu vəziyyətə qətiyyən təsiri yoxdur. Tələbələriniz haradadır, hansı işlə məşğuldur və nə kimi xeyir verirlər? Onlar harada gəldi işləyirlər. Sahələrdə pambıq, buğda yetişdirməli, heyvanlara baxmalı olan gənclər isə yoxdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]