Nizami Gəncəvi və Şərq ədəbiyyatı mövzusunda konfransa tezis qəbulu davam edir
Bakı, 17 aprel, AZƏRTAC
“Nizami Gəncəvi İli” çərçivəsində akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 24-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, beynəlxalq konfransda iştirak üçün məruzələrin tezislərinin qəbuluna başlanılıb. Tezislər Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində qəbul edilir və bir səhifədən artıq olmamalıdır.
Tezislər [email protected] ünvanına avqustun 31-dək göndərilməlidir. Təşkilat komitəsi tezisləri seçmək, mətndə düzəlişlər etmək və tezisləri geri qaytarmaq hüququna malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:20]
BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub
- 09.10.2026 [17:01]
Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində
- 09.10.2026 [16:44]