NİZAMİ RAYONUNDA XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Bakı, 25 fevral (AZƏRTAC). Nizami rayonunda Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Rayonun ərazisində məskunlaşmış 32 xocalılı ailəsi ilə görüş keçirilmiş, faciə qurbanlarının xatirəsinə ehsan süfrəsi açılmışdır. Rayon icra hakimiyyətinin başçısı Mehbalı Əliyev bu qanlı faciənin başvermə səbəblərindən, həmin dəhşətli hadisəni törədənlərin məkrli niyyətlərindən danışmışdır. O, bu qırğına ilk dəfə siyasi qiymətin ümummilli liderimiz Heydər Əliyev tərəfindən verildiyini vurğulamışdır.
Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinin üzvləri Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərmişlər.
Sonda görüş iştirakçısı olan xocalılılara maddi yardım edilmiş, ərzaq bağlamaları paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]