NORVEÇ MÜSƏLMANLARI VƏ XRİSTİANLARI İSLAMA NİFRƏT, SİONİZM VƏ ANTİSEMİTİZM ƏLEYHİNƏ ÇIXIŞ EDİRLƏR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Norveçin Kilsələrarası Şurası və İslam Şurası cəmiyyətdə antisemitizmin və İslama nifrətin yayılması ilə mübarizə üçün səylərini birləşdirmişlər. Norveçin dini liderlərinin fikrincə, antisemitizmin və İslama nifrətin yayılmasının əsas amili Yaxın Şərq münaqişəsidir. Kilsələrarası Şura baş katibinin müavini Vebörn Xorsförd demişdir: ”Din Müqəddəs Torpaqda qarşıdurmanın əsas səbəbi deyildir, lakin, din problemin bir hissəsi olmaqla yanaşı, onun həllinin mühüm vasitəsidir. Xristianların və müsəlmanların birgə bəyanatla çıxış etmək vaxtı gəlib çatmışdır”.