Norveçdə Qırmızı-Yaşıl bloku liderlik edir
Stokholm, 9 sentyabr, Nərgiz Cəfərli, АZƏRTAC
Norveçdə parlament seçkilərində səslərin yarıdan çoxu sayıldıqdan sonra üstünlük Qırmızı-Yaşıl blokun tərəfindədir. Onlar sağçıların 82 mandatına qarşı 87 mandat qazanıblar.
AZƏRTAC xəbər verir ki, ən böyük partiya 28 faiz dəstəklə Əmək Partiyası olaraq qalır, bu isə Baş nazir Yonas Gar Störenin böyük ehtimalla postunu saxlayacağı deməkdir.
Sağ populist İrəliləyiş Partiyası tarixi nəticə göstərərək 24,7 faiz səs toplayıb. Bu da 2021-ci il seçkiləri ilə müqayisədə 13 faizdən çox artımdır. Partiyanın lideri Silvi Listhauq cinayətkar dəstələrə qarşı sərt tədbirlər və immiqrasiyaya nəzarət vədləri ilə yeni seçici qruplarını cəlb edib.
Mərkəzçi Partiya demək olar ki, 8 faiz itirərək 5,7 faizə enib. Sabiq baş nazir Erna Sulberqin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası isə tarixi olaraq ən zəif nəticə – 14,4 faiz göstərib. Liberal Partiya isə seçki baryerini aşa bilməmək riski ilə üz-üzədir.
Əgər sağ blok seçkilərin nəticəsini dəyişə bilsə, baş nazir postu uğrunda mübarizəni Erna Sulberq və Silvi Listhauq aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [18:53]
İstanbulda Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü qeyd edilib
- 29.10.2026 [18:22]
Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb
- 29.10.2026 [17:43]
Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb
- 29.10.2026 [16:39]