Növbəti “Yüksəliş” müsabiqəsinin qeydiyyat tarixi ictimaiyyətə tezliklə açıqlanacaq
Bakı, 20 dekabr, AZƏRTAC
2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə qeydiyyat tarixi və qeydiyyat prosesi yaxın zamanda ictimaiyyətə açıqlanacaq. Bu, sayca 3-cü müsabiqə olacaq.
Qeyd edək ki, 2019-2021-ci illərdə keçirilmiş ilk müsabiqədə 27, 2022-ci ildə keçirilən ikinci müsabiqədə isə 22 nəfər qalib olub. Qaliblərin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min AZN məbləğində özünüinkişaf mükafatı əldə edib.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:38]
MEK Müstəqilliyin Bərpası Günü ilə bağlı virtual sərgini təqdim edir
- 16.10.2026 [15:57]
BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar
- 16.10.2026 [15:40]