Azərbaycan Dövlət İnformasiya Agentliyi

Novruz bayramı Meksika Senatında təntənəli şəkildə qeyd olunub VİDEO

Bakı, 24 mart, AZƏRTAC

Martın 23-də Meksika Birləşmiş Ştatları Senatı binasında “Beynəlxalq Novruz Bayramı Günü” təntənəli şəkildə qeyd olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, İran, Türkiyə və Gürcüstan səfirliklərinin dəstəyi ilə keçirilib.

Tədbirdə Meksika Senatının sədri Olqa Sançez Kordero Davila, Senatın Asiya-Sakit Okean-Afrika ölkələri ilə əlaqələri Komissiyasının sədri Kora Sesiliya Pineda Alonso, Senat və Deputatlar palatasının üzvləri, diplomatik korpus, Meksika KİV nümayəndələri iştirak ediblər.

Öncə tədbirdə iştirak edən səfirliklər adından Meksika Senatına hədiyyə edilən və sülh rəmzi olan zeytun ağacının Senatın binasının həyətində əkilmə mərasimi keçirilib.

Daha sonra tədbiri açan Senatın sədri Olqa Sançez Kordero Davila tədbirdə iştirak edən çoxsaylı qonaqları salamlayaraq bu bayramın zəngin mədəniyyətlərin qədim ənənələrinin daşıyıcısı olduğunu və bu tədbir zamanı Meksika xalqının həmin mədəniyyətlərlə tanış olmaq imkanının yarandığını dilə gətirib. O, Novruz bayramının dünyada 300 milyondan artıq insan tərəfindən qeyd edildiyini bildirib. Xanım Kordero Davila Meksika Senatının tədbirdə iştirak edən səfirliklərlə onların təmsil etdiyi ölkələrlə ikitərəfli münasibətlərin daha da genişlənməsi və dərinləşməsi istiqamətində əməkdaşlığa davam etməyə hazır olduğunu diqqətə çatdırıb.

Senatın Asiya-Pasifik ölkələri ilə əlaqələri Komissiyasının sədri senator Kora Sesiliya Pineda Alonso çıxış edərək, baharın gəlişi və təbiətin oyanışını tərənnüm edən, dünyanın qeyri-maddi mədəni irsi siyahısına daxil olan Novruz bayramının Azərbaycan, İran, Türkiyə və Gürcüstan səfirlikləri ilə birgə qeyd edilməsindən məmnunluğunu ifadə edib və onlara bu tədbirin reallaşmasında göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Respublikasının Meksikadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov çıxış edərək Novruz bayramının Azərbaycan torpağında çox qədim kökləri olduğunu, ölkəmizdə bu əziz bayramın geniş və təntənəli şəkildə qeyd edildiyini vurğulayıb.

Novruz bayramının dünya Azərbaycanlılarının ən sevimli və əziz bayramlarından biri olduğunu, onun əsrlər boyu Azərbaycan xalqı tərəfindən qeyd edildiyini, bu bayramın zəngin ənənələri yaşatdığını qeyd edib. Novruz bayramının qarşılıqlı hörmət, qonaqpərvərlik, səmimiyyət, dostluq, qardaşlıq və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini ifadə edib. O, Novruz bayramının həm azərbaycanlılar, həm də ölkənin çoxsaylı qonaqları tərəfindən sevilən müxtəlif ənənələrlə zəngin olduğunu bildirərək, həmin ənənələr barədə tədbir iştirakçılarına danışıb. Eləcə də, 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik işğaldan azad edilmiş və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin 270 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Eyni zamanda, bu il Azərbaycanla Meksika arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd olunduğunu bildirən diplomat, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın mühüm yer tutduğunu, bu xüsusda bu kimi tədbirlərin hər iki xalqın bir-birinin zəngin mədəniyyəti, tarix və ənənələri ilə tanış olmasına imkan yaratdığını qeyd edib. Bu kontekstdə bir neçə gün öncə paytaxt Mexiko şəhərinin ən populyar Linkoln parkında Novruz bayramının təntənəli şəkildə qeyd edildiyini deyib.

Tədbirdə, həmçinin İran və Türkiyə səfirləri də çıxış edib.

Bundan sonra Senatın sədri, üzvləri və tədbirin digər çoxsaylı qonaqlarına ölkəmizin mədəniyyəti, mətbəxi və tarixinə aid materiallar göstərilib, Novruz bayramı ilə bağlı ölkəmizin ənənələri ilə tanış edilib, ənənəvi Novruz süfrəsinin şirniyyatları təqdim edilib, materiallar paylanılıb. Azərbaycan masası qonaqlar tərəfindən olduqca böyük maraqla qarşılanıb.

Eyni zamanda, Azərbaycanda Novruz şənliklərini əks etdirən videomaterial və şəkillər nümayiş etdirilib.

Tədbir Meksika Senatının Televiziya kanalı və sosial şəbəkələri vasitəsilə canlı yayımlanıb, ölkə KİV-i tərəfindən işıqlandırılıb.

Novruz bayramı Meksika Senatında təntənəli şəkildə qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

Sığortaçılar Assosiasiyasının icraçı direktorunun adına saxta hesab yaradılıb, yanlış məlumatlar paylaşılır

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva

Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

Vaşinqton razılaşması Azərbaycanın regionda yaratdığı yeni siyasi və iqtisadi reallıqları əks etdirdi - ŞƏRH

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib

Sabah bəzi yerlərdə yağış yağacaq

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 50 faizədək azalıb

Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub

Yeddi ayda istehlakçılara büdcədən 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Səkkiz avqust razılaşmalarının ildönümündə liderlərin müzakirəsi: Azərbaycan-ABŞ əməkdaşlığında yeni faza - TƏHLİL

Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin beynəlxalq sənət platformalarına çıxışını genişləndirir

Benksinin üç əsəri Britaniya vergi ödəyicilərinə təxminən 150 min funta başa gəlib

BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlanıb

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub

Bu saata olan əsas xəbərlər

Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB

Ergün Kırlıkovalı: Taleb Vardanyan məsələsində “kor nöqtələr”in qurbanına çevrilib MÜSAHİBƏ

Faktiki hava: Bəzi rayonlara leysan yağır

İlin əvvəlindən dövlət qurumlarına qarşı 518 kiberhücum indikatoru müəyyən edilib

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

Mbappe “Real Madrid”ə gələn həftə qoşulacaq

Yeddi ayda Azərbaycanda dövlət qurumlarına 28 yeni domen verilib

® “AccessBank” kiçik bizneslərin maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə FMO-dan 75 milyon dollar məbləğində kredit xətti cəlb edib

Çində təhsil alacaq BDU məzunu: Bu təqaüd mənim üçün sadəcə təhsil imkanı deyil

Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir

Qivami Rəhimli: Azərbaycanın mədəni irsini dünyaya tanıdan uğurlu əməkdaşlıq

Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb

Altı ayda 1,2 milyondan çox vətəndaş “mygov” vasitəsilə yaxın qohumlarını axtarıb

“İsmayıllı-2” kiçik su elektrik stansiyasında indiyədək istehsal olunan enerjinin həcmi açıqlanıb

Pakistanlı ekspert: Vaşinqton prosesi Azərbaycan üçün yeni strateji imkanlar açır

Mərakeş millisinin futbolçusu “Fənərbağça”ya qayıdıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək

Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ƏMAS-da gecə vaxtı yerinə yetirilən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı  FOTO  VİDEO

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı FOTO VİDEO

Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır

“Trabzonspor” heyətinə daha bir ulduz futbolçu qatır

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü veriləcək

BMU magistrantı Çində minillik freskaların süni intellektlə bərpasını araşdırıb

Tağlar mağarasında arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb

® “Ziraat Bank Azərbaycan” 15 milyon manat həcmində istiqraz emissiyasını təqdim edir!

Azərbaycan komandası Qazaxıstanda gənc yol hərəkəti müfəttişlərinin toplantısında iştirak edəcək

Bakıda axşam konsertləri keçirilir VİDEO

Bakıda axşam konsertləri keçirilir VİDEO

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib