NOVRUZ BAYRAMI MOSKVADA DA QEYD EDİLDİ
Səfir Ramiz Rizayev həmvətənlərimizi və bütün Azərbaycan xalqını bahar bayramı münasibətilə təbrik etdi, ölkəmizə əmin-amanlıq, tərəqqi və yeni uğurlar arzuladı.
Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri də Azərbaycan xalqına və həmvətənlərimizə ən səmimi və xoş arzularını bildirdilər.
Bütün gecəni Azərbaycan xalq musiqisi, klassik estrada mahnıları səsləndi.
Şənlikdə Azərbaycan diplomatları, ÜAK-ın rəhbərliyi və fəalları, habelə Rusiyanın ictimai xadimləri iştirak edirdilər.