Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Novruz Quliyev: Ekoloji tarazlığın qorunması dövlətimizin siyasətinin prioritetləri sırasındadır

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən hər il mayın 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Ekoloqların peşə bayramı gününün təsis edilməsi, 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunması, dövlətimizin başçısı tərəfindən bu sahəyə aid sərəncamların verilməsi, yeni milli parkların yaradılması, ətraf mühitin qorunması, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, ekoturizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər sübut edir ki, ekoloji tarazlığın qorunması dövlətimizin siyasətinin prioritetləri sırasındadır.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev AZƏRTAC-a məxsusi müsahibəsində ölkəmizdə ekoloji sağlamlaşdırma istiqamətində aparılan bu və digər işlərdən bəhs edib.

- Ekoloji tarazlığın qorunmasında xüsusi mühafizə olunan təbiət ərazilərinin mühüm rolu var. Son illər bu istiqamətdə görülən işlərin inkişaf dinamikası barədə nə deyə bilərsiniz?

- Doğrudur. Zəngin təbiətimizin bioloji növ müxtəlifliyinin, ekosistemlərin qorunması və gələcək nəsillərə çatdırılmasının təmin edilməsində xüsusi mühafizə olunan təbiət ərazilərinin müstəsna rolu var.

2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılanda ölkədə ümumi sahəsi 478 min hektar olan 14 dövlət təbiət qoruğu və 20 dövlət təbiət yasaqlığı mövcud idi. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin 4,5 faizini, o cümlədən dövlət təbiət qoruqlarının ümumi sahəsi isə ölkə ərazisinin cəmi 2,2 faizini təşkil edirdi. Həmin dövrdə Azərbaycanda milli park statuslu qorunan ərazilər yox idi və onların təşkilinə 2003-cü ildən başlanıb.

Milli parkların yaradılmasında əsas məqsəd ətraf mühitin, ekoloji tarazlığın, təbiət abidələrinin qorunması şərtilə ekoturizmin inkişafı, ekoloji maarifləndirmənin gücləndirilməsi, regionun zəngin təbiətinin mühafizəsindən ibarətdir.

Hazırda ölkəmizdə 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10-u milli park, 11-i dövlət təbiət qoruğu, 24-ü dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 faizini, ayrılıqda milli parklar 4,87 faizini, dövlət təbiət qoruqları 1,39 faizini, dövlət təbiət yasaqlıqları isə 4,05 faizini təşkil edir.

2018-ci ilin sentyabrında Xəzər dənizinin sahilində 99 min 060 hektarlıq ərazidə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yeni milli park - Qızılağac Milli Parkı yaradılıb. Bununla yanaşı, “Zaqatala biosfer qoruğunun yaradılması” layihəsi üzrə Zaqatala-Balakən regionunda Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında ölkə tarixində ilk biosfer qoruğunun yaradılması istiqamətində mühüm işlər görülür və bu işlərin sona çatdırılması nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi xeyli genişlənəcəkdir.

Bundan əlavə, xüsusi mühafizə olunan təbiət ərazilərini antropogen təsirlərdən qorumaq məqsədilə onların ətrafında sanitariya-mühafizə zonaları yaradılır. Artıq bir neçə milli park və qoruqda (Abşeron, Ağgöl, Altıağac və Göygöl milli parkları, həmçinin Korçay və Eldar Şamı dövlət təbiət qoruqları) bu işlər tam başa çatdırılmış və sanitariya-mühafizə zonaları təsdiq edilmişdir.

- Nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması istiqamətində aparılan mühüm işlərdən biri onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması və populyasiyalarının bərpasıdır. Ölkəmizdə bu istiqamətdə hansı işlər görülür?

- Bu işlər 2010-cu ildən etibarən intensiv xarakter alıb. Həmin il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondunun, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - IDEA-nın və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin əməkdaşlığı çərçivəsində “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsinin icrasına başlanılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyinin dəstəyi ilə ümumilikdə 179 baş ceyran tarixi areallarına qaytarılıb, bunun 169 başı respublikanın müxtəlif ərazilərinə, 10 başı isə Gürcüstanın Vaşlavani Milli Parkı ərazisinə köçürülüb.

Keçən il noyabrın 12-15-də WWF-in, AMEA-nın Zoologiya İnstitutunun, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan nümayəndəliyinin 20 mütəxəssisi tərəfindən və Şirvan Milli Parkının əməkdaşlarının birgə iştirakı ilə 6 marşrut üzrə ceyranların say monitorinqi aparılıb, məhəllələr üzrə bölünmüş milli park ərazisi boyu əldə edilmiş nəticələr emal olunub, işçi komandanın ortaq qərarına əsasən milli park ərazisində 9000 başadək ceyranın məskunlaşdığı qənaətinə gəlinib. Səkkiz il ərzində reintroduksiya edilmiş ceyranların sayı 213 başa çatdırılıb.

2012-ci ilin sonlarından etibarən zubr (bizon) növünün ölkəmizin vəhşi təbiətinə introduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən intensiv işlər aparılır. Belə ki, 2015-ci ildə Şahdağ Milli Parkı ilə IDEA İctimai Birliyi arasında bu sahədə imzalanmış Əməkdaşlıq Sazişinə əsasən bizonların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı rayonunun inzibati ərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib və hazırda layihə çərçivəsində işlər davam etdirilir. 2019-cu ilin may ayında Azərbaycana 20 baş zubrun introduksiya olunması və 1 neçə ay müddətində qapalı volyer şəraitində saxlanıldıqdan sonra geniş təqdimat çərçivəsində təbiətə buraxılması planlaşdırılır.

- Ölkəmizdə flora və faunanın genefondunun mühafizəsinin səmərəli vasitələrindən biri də “Qırmızı Kitab”ın yaradılmasıdır. Adları bu kitaba daxil edilən heyvan və bitki növlərinin mühafizəsinə daha ciddi diqqət yetirilir. Hazırda bu kitabda qorunma statusu olan neçə bitki və heyvan növü vardır?

- “Azərbaycan Respublikasının Qırmızı Kitabı” rəsmi sənəd olmaqla bərabər, ölkənin bütün ərazisində, o cümlədən Xəzər dənizinin respublikamıza mənsub olan bölməsində heyvan və bitki növlərinin (yarımnöv, populyasiyalar) vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir. İndiyədək Azərbaycanda “Qırmızı Kitab”ın 2 nəşri işıq üzü görüb. Birinci nəşrdə milli floramızda mühafizəsi tələb olunan 140, fauna üzrə isə 108 növün adı əksini tapıb. “Qırmızı Kitab”ın 2013-cü ildə çap olunmuş ikinci nəşrində isə mütəxəssislər tərəfindən ölkəmizin müxtəlif təşkilatlarının nümayəndələri ilə əməkdaşlıq çərçivəsində qorunma statusu qiymətləndirilmiş 300 bitki və 223 heyvan növü yer alıb.

Nadir və nəsli kəsilməkdə olan növlərin tədqiqi üzrə mütəxəssislər tərəfindən intensiv monitorinqlər keçirilib, bu növlərin beynəlxalq səviyyədə müasir qorunma meyarları müəyyənləşdirilib. Bu nəşrdə ilk dəfə olaraq təbiəti mühafizə baxımından təsvir edilmiş nadir və nəsli kəsilmiş növlərin beynəlxalq səviyyədə qəbul olunmuş meyarlara görə qiymətləndirilməsi həyata keçirilib.

Mövcud qanunvericiliyə əsasən, “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın hər 10 ildən bir çap olunması nəzərdə tutulmuşdur. Növbəti, yəni, üçüncü nəşrin 2023-cü ildə hazırlanması planlaşdırılır. “Qırmızı Kitab”ın ikinci nəşri prosesində texniki məsələlərlə bağlı bir sıra problemlərlə qarşılaşdıq. Bu səbəbdən işlərin vaxtında başa çatdırılması, texniki məsələlərin həlli, eləcə də çöl tədqiqatlarının aparılması, növlərin say dinamikasının qiymətləndirilməsi üçün nazirliyə Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının da dəstəyi vacibdir. Qarşılıqlı əməkdaşlıq sayəsində daha çevik fəaliyyət göstərərək yüksək nəticəyə nail olmaq mümkündür.

“Qırmızı Kitab”ın təsis edilməsinə, nadir və sayı azalan növlərin ovuna qadağaların qoyulmasına, mütəmadi maarifləndirmə və təbliğat işlərinin aparılmasına baxmayaraq, təəssüf ki, quruda və su hövzələrində heyvanların qanunsuz ovu hallarına rast gəlirik və bununla bağlı mübarizə tədbirləri davam etdirilir.

- Bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında çox vacib vəzifələr qoyulub. Bu istiqamətdə görülən işlər barədə məlumat verməyinizi xahiş edirik.

- Bəli, bu, çox vacib sənəddir. Milli Strategiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilib. Sərəncamın 2-ci bəndinə əsəsən Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndiricı orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyi təyin edilib, müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət İşçı Qrupu yaradılıb. Həmçinin Strategiyanın icrası ilə bağlı “Tədbirlər Planı” hazırlanıb. “Tədbirlər Planı”na əsasən su hövzələrində bioloji resursların artırılması və mühafizəsi istiqamətində faydalı işlər görülüb.

Qeyd etmək lazımdır ki, ölkədə istehsal olunan balıq mənşəli məhsulların özünü təminetmə səviyyəsi aşağıdır və daxili tələbatı tam ödəmək üçün yetərli deyildir. Ötən illərdə balıqçılıq sahəsi əsasən ekstensiv üsulla inkişaf etdirilib, başqa sözlə, akvakulturada daha çox nohurçuluq üsulu ilə çəki kimi balıq növlərinin yetişdirilməsinə və təbii yemləməyə üstünlük verilib.

Ölkədə akvakulturanın zəif inkişaf etməsi nəticəsində balıq mənşəli məhsullar ilə daxili tələbatın tam ödənilməməsi təbii su hövzələrində olan, xüsusilə də Xəzər dənizində qiymətli balıq növlərinin populyasiyalarına antropogen təsirin əhəmiyyətli dərəcədə artmasına, brakonyerlik fəaliyyətinin genişlənməsinə səbəb olub.

Xəzər dənizində bioloji resursların müasir gərgin vəziyyətini nəzərə alaraq, balıqovlama fəaliyyəti ehtiyatlı yanaşmaya əsasən aparılmalıdır. Xəzəryanı regionunda və ölkəmizdə akvakulturanı inkişaf etdirmək, əhalini yeni fəaliyyət növü olan akvakulturaya cəlb etmək lazımdır ki, bu da qanunsuz balıq ovunun azalmasına və Xəzər dənizində su bioresurslarının bərpasına səbəb ola bilər. Xəzəryanı ölkələr və Azərbaycan üçün davamlı inkişafın əsas prioritetlərindən biri - daxili sularda və dənizdə akvakultura (o cümlədən, marikultura) təsərrüfatlarının inkişafı, Xəzər dənizində nərəkimilərin ovlanmasına moratoriumun qoyulmasıdır.

Azərbaycan Respublikasında intensiv sənaye balıqçılıq komplekslərinin, ailə-kəndli və fermer balıqçılıq təsərrüfatlarının yaradılması, dünyada mövcud olan mütərəqqi təcrübələrdən istifadə edilməklə təbii su hövzələrinin və Xəzər dənizinin ixtiofauna bioloji müxtəlifliyinin qorunub saxlanılması və artırılması, bu sahələrdən istifadə etməklə balıqçılıqda intensiv akvakulturanın müxtəlif biotexnologiya tiplərindən, qapalı su təchizatı sistemləri, marikultura və su bioloji resursları məhsullarının yetişdirilməsi üçün digər intensiv qəfəs modelləri təcrübəsinin respublikada tətbiq olunması məqsədilə “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə akvakulturanın inkişafına dair Dövlət Proqramı” hazırlanıb Nazirlər Kabinetinə təqdim edilib.

Balıqçılıq təsərrüfatlarında torpağın hüquqi statusu ilə əlaqədar problemlərin sudan istifadəyə görə balıqçılarla əkinçilər arasında maraqların toqquşmasının mövcudluğu, balıqçılıq subyektlərinin balıq və digər su bioresurslarından istifadəyə baytarlıq və fitosanitar nəzarəti üzrə uçotun aparılması və “Akvakulturanın həyata keçirilməsi qaydası”nın tətbiqindən irəli gələn digər məsələlərin həlli məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi ilə ikitərəfli Əməkdaşlıq memorandumları imzalanıb.

“Akvakulturanın həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli Qərarının icrası ilə əlaqədar olaraq 2018-ci ildə respublikamızın müxtəlif bölgələrində akvakultura subyektləri ilə görüşlər keçirilib. “Balıqçılıq haqqında” Qanuna və bu sahədə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş digər müvafiq qərarlara əsasən, ölkəmizdə balıqçılıq sahəsində, balıq və digər su bioresurslarının mühafizəsi, ovu, artırılması, akvakultura fəaliyyətinin uçota götürülməsi, bu sahə üzrə dövlət tənzimlənməsi, idarə edilməsi və nəzarət funksiyaları ilə əlaqədar vətəndaşlara məlumatlar verilib və müzakirələr aparılıb.

- Azərbaycanda milli parkların yaradılması ekoturizmin inkişafına təkan verib. Bu istiqamətdə hansı işlər görülüb?

- Respublikamızda Milli parkların yaradıldığı vaxtdan indiyədək onların turizm-rekreasiya potensialı olan ərazilərində təbiət turizminin inkişaf etdirilməsi, turist marşrutlarının təkmilləşdirilməsi və sayının artırılması istiqamətində aparılan işlər nəticəsində vahid qaydada 105-dən çox ekoturizm marşrutu pasportlaşdırılıb. Pasportlarda marşrutların başlanma və bitmə nöqtələri, marşrutun məqsədi, geniş təsviri, şəkilləri, xəritəsi, davametmə müddəti, hər marşrut üzrə tələb olunan ləvazimatlara dair geniş məlumat əks olunub. Bütün marşrutlar piknik və ocaq yerləri, o cümlədən turistlərin dincəlməsi üçün skamya və digər oturacaqlarla təmin edilib.

Turizm potensialının yüksəldilməsi məqsədilə ekoturizm marşrutlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir, turistlərin məlumatlandırılması üçün Azərbaycan və ingilis dillərində standart formada giriş, məlumatverici, məntəqə və istiqamətləri əks etdirən lövhələr hazırlanaraq Milli parkların ərazilərində yerləşdirilib. Azərbaycan Respublikasının Turizm Şurasının turizm sahəsində təhlükəsizliyin təmin edilməsinə dair işçi qrupu tərəfindən hazırlanan təkliflərə əsasən, bütün marşrutlar vahid standartlara uyğun mindən çox vahid yol nişanı ilə təchiz edilib. Həmçinin hər bir Milli Park üçün ekoturizmlə bağlı nəfis bukletlər nəşr etdirilib.

Milli parklarda ekoloji turizm sahəsində daha uğurlu nəticələrə və davamlı inkişafa nail olmaq üçün turist axınının stimullaşdırılması, müxtəlif yaş təbəqələrinin marağına cavab verən turizm infrastukturunun qurulması, mövcud infrastrukturun təkmilləşdirilməsi tədbirlərinin həyata keçirilməsi prioritetlərimiz sırasındadır.

- Dövlət Statistika Komitəsinin illik hesabatına görə, 2018-ci ildə ölkə ərazisində ümumilikdə 6,6 milyon kubmetr məişət tullantısı olub. Hazırda məişət tullantılarının düzgün idarə edilməsi və utilizasiyası sanitar-ekoloji və sosial-iqtisadi baxımdan ölkəmizdə prioritet istiqamət kimi gündəmdə duran məsələlərdəndir. Bu barədə fikirlərinizi bilmək istərdik.

-Ekoloji problemlərin həllinə yüksək dövlət qayğısı və bu işin dövlət siyasətinə çevrilməsi nəticəsində ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilir ki, bu tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”na uyğun olaraq Balaxanı ərazisində ildə 500 min ton məişət tullantısını emal etmək gücünə malik müasir məişət tullantılarının yandırılması zavodunun və ildə 200 min ton tullantının çeşidləmə zavodunun tikilməsi və istismara verilməsidir. Məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi məqsədilə son dövrlərdə ölkəmizdə həyata keçirilən digər bu kimi tədbirlər ümumilikdə idarəolunma sisteminin beynəlxalq tələblərə uyğun inkişafının təməlini qoyub və hazırda da bu istiqamətdə davamlı olaraq tədbirlər həyata keçirilir.

Bakı şəhəri ərazisində əmələ gələn məişət tullantılarının yığılması və daşınması Bakı Şəhər İcra Hakimiyyətinin, qəbulu və zərərsizlədirilməsi isə “Təmiz şəhər” ASC-nin səlahiyyətlərindədir.

Azərbaycan Hökuməti və Dünya Bankı ilə birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində Balaxanı məişət tullantıları poliqonunda beynəlxalq ekoloji standartlara və texniki normalara uyğun bərpa işləri aparılıb.

Respublikada yaranan məişət tullantılarının idarə olunmasına, yəni, onların toplanması, yığılması və daşınmasına şəhər və rayon icra hakimiyyətlərinin mənzil-kommunal təsərrüfatı birlikləri, qəsəbə üzrə nümayəndəlikləri, həmçinin ərazi bələdiyyələri institusional cavabdeh təşkilatlardır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı araşdırmalar göstərir ki, regionlarımızda məişət tullantılarının idarə olunmasında problemlər qalmaqda davam edir. Belə ki, yaşayış məntəqələri ərazilərində məişət tullantılarının müəyyən olunmuş qaydada və bu məqsəd üçün ayrılmış sahələrdə yerləşdirilməməsi, tullantılar üçün konteynerlərin sayının kifayət etməməsi, tullantıların vaxtında daşınmaması və əksər hallarda yanması ətraf mühitin zərərli maddələrlə çirklənməsi ilə nəticələnir. Mövcud məişət tullantıları poliqonları da qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, əksər poliqon əraziləri hasarlanmır, xəbərdaredici lövhələr quraşdırılmır, ətraf mühitdən təcrid olunmur, nəzarət və mühafizə formal xarakter daşıyır.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” təsdiq edilib. Strategiyanın məqsədi ölkədə bərk məişət tullantılarının yığılması xidmətlərinin genişləndirilməsi, bütün tullantıların təhlükəsiz və səmərəli zərərsizləşdirilməsinin təmin edilməsi, səmərəli ictimai maarifləndirmə kampaniyalarının təşkili, emal və tullantılardan təkrar istifadə yolu ilə ehtiyatların bərpa edilməsi potensialının artırılması və ekoloji tələblərə cavab verməyən açıq zibilxanaların tədricən ləğv edilməsidir. Qeyd olunanlarla yanaşı, regionlarda məişət tullantılarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə müasir ekoloji tələblərə cavab verən 8 regional sanitar poliqonun və 38 ötürücü məntəqənin tikilməsi və infrastrukturun yaradılması nəzərdə tutulub. Hazırda bu obyektlər üçün yerli icra hakimiyyətləri tərəfindən müvafiq torpaq sahələrinin ayrılması işləri davam etdirilir.

Sözügedən strategiyanın və tədbirlər planının icrası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də ölkə regionlarında məişət tullantılarının beynəlxalq təcrübəyə uyğun idarə edilməsinə dair maarifləndirmə işlərinin aparılmasıdır.

Bununla əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər və İqtisadiyyat nazirliklərinin nümayəndələri tərəfindən rayonlarda icra hakimiyyətlərinin, aidiyyəti icra strukturlarının, bələdiyyələrin, təhsil müəssisələrinin nümayəndələrinin, tullantıların emalı ilə məşğul olan sahibkarların iştirakı ilə bərk məişət və plastik tullantıların idarə edilməsinə həsr olunan işgüzar görüşlərin keçirilməsi davam etdirilir.

- Sonda 23 may peşə bayramı münasibətilə ETSN işçilərini təbrik edirik. Oxucularımıza nə demək istərdiniz ?

- Azərbaycanın gözəl, füsunkar təbiətinin qayğısını çəksinlər, onun flora və faunasını qorumaqda bizə dəstək olsunlar, gələcək nəsillərin ekoloji problemlərlə üzləşməməsi üçün bu gün Nazirliyin həyata keçirdiyi qabaqlayıcı tədbirlərdə fəal iştirak etsinlər. Ekoloji şüurun kiçik yaşlarda formalaşması üçün valideynlərin, təhsil müəssisələrinin üzərinə də məsuliyyət düşür. Bu baxımdan ətraf mühitin mühafizəsində vətəndaşlarımızı hamılıqla səy göstərməyə və həmrəy olmağa səsləyirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib