Noyabrda “Uşaqlıq duyğularımın rəngləri” adlı şou–sərginin açılışı olacaq
Bakı, 24 oktyabr, AZƏRTAC
Noyabrın 2-də “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərginin açılış mərasimi olacaq.
Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzindən məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu başa çatıb.
Təqdim olunan əsərlər arasında uşaqlığa qaytaran, xatirələr canlandıran əsərlər əsas yer tutub.
Elanda qeyd olunduğu kimi, sərgidə bəzi müəlliflər uşaq ikən çəkdikləri rəsmlərlə təmsil olunurlar.
Rəsm əsəri sərgilənəcək iştirakçılarla tanış olmaq üçün bu linkə keçid edin.
Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
- 06.08.2026 [17:42]
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
- 06.08.2026 [14:26]
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
- 06.08.2026 [12:39]
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
- 06.08.2026 [12:31]