Noyabrın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
dəyişkən buludlu, əsasən yağmursuz olacaqdır. Səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 1-4°, gündüz 9-13° isti olacaqdır.
Bakıda gecə 2-4° isti, gündüz 10-12° isti olacaqdır.
Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 764 millimetr civə sütununadək enəcək, nisbi rütubət 60-80 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən yağmursuz hava şəraiti gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 8-13° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
əsasən yağmursuz olacaq.
Temperatur gecə 4-9° şaxta, gündüz 1-6° isti olacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi- Füzuli-Cəbrayıl rayonlarında
əsasən yağmursuz gözlənilir.
Temperatur gecə 0-4°-dək şaxta, gündüz 1°-6° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında
əsasən yağmursuz, bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2° -dək isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən yağmursuz, gecə və axşam bəzi yerlərdə duman gözlənilir.
Temperatur gecə 3°-dən şaxtadan 2°-dək isti, gündüz 8-13° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman.
Temperatur gecə 0-4° isti, gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2°-7°-dək isti olacaqdır.