Noyabrın 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Temperaturun anomal gedişi gözlənilir, belə ki, gecə və gündüz 5-8° isti, günün ikinci yarısında və axşam 3°-dək isti təşkil edəcəkdir.
Bakıda gecə 5-8° isti, günün ikinci yarısında və axşam 3°-dək isti olacaqdır.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcəkdir, nisbi rütubət 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 15-20° şaxta təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 15-20° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə və gündüz 3-8° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 1-4° isti, gündüz 5-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.