CƏMİYYƏT
Noyabrın 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu, yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi, havanın arabir açılacağı gözlənilir
Temperatur gecə 2-4° isti, gündüz 5-7° isti olacaqdır.
Bakıda gecə və gündüz 2-4° isti, gündüz 5-7° isti olacağı gözlənilir
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, bəzi yerlərdə 6° şaxta, gündüz 7-12° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 5-10° şaxta gündüz 0-5° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 15-20° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
bəzi yerlərdə yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 2-4° isti gündüz 5-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-5° isti olacaqdır.