Noyabrın 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşama doğru havanın tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi ərazilərində zəif duman, çiskin olacağı ehtimalı vardır.
Temperatur gecə 7-11°, gündüz 14-19° isti, Bakıda gecə 9-11°, gündüz 16-18° isti olacaqdır.
Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru intensivləşəcəyi gözlənilir.
Temperatur gecə 1-6°, gündüz 13-18° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Lakin axşam yağıntılı olacağı, gecəyə doğru intensivləşəcəyi gözlənilir.
Temperatur gecə 1-6° isti, gündüz 9-14° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman olacaqdır.
Temperaturun gecə 2-7°, gündüz 13-18° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecəyə doğru yağış yağacağı, duman olacağı gözlənilir.
Temperaturun gecə 0-5°, gündüz 11-16°, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-9°, gündüz 14-19° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimal olunur.
Temperatur gecə 6-10°, gündüz 14-18° isti, dağlarda gecə 5-10°, gündüz 10-15° isti olacaqdır.