Noyabrın 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində isə arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 7-9°, gündüz 10-14° isti, Bakıda gecə 7-9°, gündüz 10-12° isti olacaqdır.
Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimal olunur.
Temperatur gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 9-14° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, qara keçəcəyi gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
arabir yağış yağacaqdır.
Temperaturun gecə 3-8°, gündüz 9-13° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı vardır.
Temperaturun gecə 2-7°, gündüz 7-12°, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir yağış yağacaq, bəzi yerlərdə intensivləşəcəkdir.
Temperaturun gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qara keçəcəyi gözlənilir.
Temperatur gecə 6-9°, gündüz 9-14° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacaqdır.