Noyabrın 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı gözlənilir.
Havanın temperaturunun gecə 6-11°, gündüz 12-15° isti olacağı gözlənilir.
Bakıda gecə 8-10° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 millimetr civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə 80-90, gündüz 50-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
gecə və səhər bəzi yerlərdə az yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Lakin axşam bəzi yerlərdə az yağış yağacağı gözlənilir.
Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-
Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Lakin axşam bəzi yerlərdə az yağış yağacağı gözlənilir.
Havanın temperaturunun gecə 4-8°, gündüz 12-17° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gecə və səhər bəzi yerlərdə duman olacağı, az yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 3-8°, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 4-9° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gecə və səhər bəzi yerlərdə havanın dumanlı, az yağışlı olacağı, gündüz isə əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturunun gecə 4-9°, gündüz 13-18° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir.
Səhər dağlarda duman olacaqdır. Havanın temperaturunun gecə 4-9°, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 4-5-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, nisbi rütubətin normadan bir qədər yüksək olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.