Noyabrın 6-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava şəraitinin tutqun, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Temperaturun anomal gedişi gözlənilir, belə ki, gecə və səhər 10°-yə yaxın, günün ikinci yarısında və axşam 2-5° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 769 millimetr civə sütununadək yüksələcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayı-ayrı rayonlarda yağıntının intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 1-5° isti, gündüz 5-9° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayı-ayrı rayonlarda yağıntının intensiv, güclü olacağı ehtimalı vardır.
Temperatur gecə və gündüz 2-7 ° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayı-ayrı rayonlarda yağıntının intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 2-6° isti, gündüz 6-10° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2-7°, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 5-10° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayı-ayrı rayonlarda yağıntının intensiv, güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 1-5° isti, gündüz 5-8° isti.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayı-ayrı rayonlarda yağıntının intensiv, güclü olacağı ehtimalı vardır.
Temperatur gecə və gündüz 4-8° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaqdır.