Noyabrın 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava şəraitinin anomal soyuq, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Gecədən bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı vardır. Temperaturun gecə və gündüz 0-4° isti olacağı gözlənilir.
Bakıda temperaturun gecə və gündüz 1-3° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan normadan xeyli yüksək 777 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 4° şaxtadan 1° -dək isti, gündüz 2-6° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən-Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Ayı-ayrı rayonlarda yağıntının intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 5-10 ° şaxta, gündüz 0-5 ° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-3° isti, gündüz 1-4° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın arabir qar yağacağı gözlənilir. Ayı-ayrı rayonlarda yağıntının intensiv, güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-30 isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
havanın yağıntılı olacağı, arabir yağıntının intensiv olacağı gözlənilir. Yağıntının gecə və axşam bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı vardır.
Temperatur gecə 2° şaxtadan 3° - dək isti, gündüz 3-7° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayı-ayrı rayonlarda yağıntının intensiv, güclü olacağı ehtimalı vardır.
Temperatur gecə və gündüz 1-5° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacaqdır.