Noyabrın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
yağıntılı olacağı, sulu qar, qar yağacağı, tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.
gecə 0°-yə yaxın, gündüz 3-6° isti olacağı gözlənilir.
Bakıda temperaturun gecə 0°-yə yaxın, gündüz 3-6° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 776 millimetr civə sütunundan 769 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 60-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 2-7° şaxta gündüz 3° şaxtadan 2°-dək isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 7-12 ° şaxta, gündüz 0-5 ° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 0-3° isti, gündüz 1-4° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 7-10° şaxta, gündüz 0-5° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 15-20° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havanın yağıntılı olacağı, qar yağacağı, gündüz kəsiləcəyi gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2° - dək isti, gündüz 5-10° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 1-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaqdır.