Azərbaycan Dövlət İnformasiya Agentliyi

Noyabrın 8-də Şuşada şəhadətə yüksələn Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyev

Bakı, 8 noyabr, AZƏRTAC

Mehrab Niftəliyev həm Aprel döyüşlərinin, həm də Vətən müharibəsinin qalibidir

Mən özümdən sonra geridə - Sumqayıtda ikinci Mehrab qoyub döyüşlərə gəlmişəm...

Bu, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş giziri, kəşfiyyatçı-istehkamçı Mehrab Niftəliyevin həyat yoldaşı Vüsalə ilə son danışığında dediyi cümlələrdən biri idi.

“Mehrab mənə verdiyi sözü hər zaman tutdu. Aprel döyüşlərində sağ-salamat qayıdacağına söz verdi. Qayıtdı da. Vətən müharibəsində isə şəhid kimi qayıdacağını dedi. Bu dəfə də vədinə sadiq qaldı...”, - deyir Vüsalə Niftəliyeva.

Vətən Müharibəsi Qəhrəmanının 35 illik şərəfli həyat yolunun qısa xülasəsi

AZƏRTAC xəbər verir ki, Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci il mayın 13-də Quba rayonunun Qam Qam kəndində anadan olub. 1992-2003-cü illərdə Quba rayon Mübariz Abdullayev adına Qam Qam kənd orta məktəbində orta təhsil alıb. 2003-cü ilin iyulunda müddətli hərbi xidmətə yollanıb. Elə hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrin kursundan keçən Mehrab ümumilikdə 2005-ci ildən 2020-ci ilə qədər Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü kimi Vətənə xidmət edib. O, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri idi. “Qafqaz qartalı” və EFES kimi çətin hərbi təlimləri uğurla tamamlayaraq kəşfiyyatçı-istehkamçı kimi ixtisaslaşmışdı.

Xidməti dövründə müxtəlif hərbi əməliyyatlarda uğurla iştirak edib. Mehrab Niftəliyev 2016-cı il Aprel döyüşlərində də yüksək şücaət göstərib. Qüsursuz xidmətlərinə və şücaətlərinə görə dəfələrlə medal və diplomlarla təltif olunub. Vətən müharibəsinin ilk günündən ön cəbhədə olan Mehrab Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd - xüsusilə Hadrut qəsəbəsi, Şuşa uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq nümunələri göstərib. O, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib və texnikalarını sıradan çıxarıb, hərbi qənimət kimi ələ keçirib. Döyüşlər zamanı yaralı və şəhid hərbi qulluqçuları savaş meydanından çıxarmaqla yanaşı, yaralı silahdaşlarına tibbi yardım da göstərib.

Mehrab Niftəliyev noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə sol ayağından artilleriya qəlpəsi yarası alıb. Noyabrın 8-də isə elə Şuşada şəhadətə yüksəlib. Noyabrın 11-də Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının sərəncamları ilə ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, o cümlədən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid kəşfiyyatçı haqqında bir neçə maraqlı məlumat

Erməni dilini bilən Mehrab Niftəliyev hərbi əməliyyatlar zamanı düşmənin bir neçə hərbçisini əsir götürməyi bacarıb.

Vətən müharibəsində döyüşlərə silahından əlavə 60 kiloqrama yaxın çəkisi olan müxtəlif sursatlarla girirmiş. Yaralı olsa belə yoluna davam edir, düşmənin artilleriyası belə onu dayandıra bilmirdi. Buna görə döyüş yoldaşları Mehraba “Terminator” deyirlərmiş.

Həmişə üstündə bayraq gəzdirən kəşfiyyatçımız Cəbrayılda ilk bayrağı qaldıran hərbçi kimi tarixə düşüb. Belə ki, Cəbrayıldakı düşmən hərbi hissələrinə ilk girənlərdən biri Mehrab Niftəliyev olub. Onun hərbi hissənin qarşısında bayraqla şəkli də var.

Vətən müharibəsində ermənilərin 70-ə yaxın canlı qüvvəsini, o cümlədən xeyli sayda hərbi texnikasını məhv edərək və ya hərbi qənimət kimi ələ keçirərək onlara qan uddurub. Düşmən Mehrab Niftəliyevi sağ ələ keçirmək istəsə də, buna nail ola bilməyib.

Mehrab Niftəliyev Şuşaya ilk daxil olan hərbçilərdən biri olub.

Aprel döyüşlərindən sonra Qam Qam kəndinə su çəkdirib. Vətən müharibəsindən əvvəl ailə üzvlərinə kənddə məscid tikdirmək arzusunda olduğunu deyib. Lakin ömrü bu arzusunun gerçəkləşməsi üçün vəfa etməyib.

Mehrab ailə üzvlərini də özü kimi güclü görmək istəyirmiş

Şəhidin xanımı öz həyat yoldaşı haqqında qürurla danışır. Deyir ki, Mehrab hər zaman ona güclü olmağı aşılayırmış: “Mehrabla 12 il çox xoşbəxt bir ailə həyatım oldu. O, hər zaman yanımda idi, məni hər şeydən, hər kəsdən qoruyurdu. Mehrabla bir-birimizi sevib ailə qurmuşduq. Onunla ailə quranda bilirdim ki, 2005-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin giziridir. Mehrab döyüş üçün yaranmışdı. Heç bir zaman heç nədən qorxmadı. O qədər güclü idi ki, bizi də güclü görmək istəyirdi. Bizim də hər zaman hər şeyə hazır olmağımıza çalışırdı. O, bizə çox soyuqqanlı, iradəli olmağı, heç nəyin fikrini çəkməməyi, hər şeyi olduğu kimi qəbul etməyi öyrətdi. Çünki özü də elə idi. Fiziki cəhətdən də, psixoloji cəhətdən də hər şeyə hazır idi. Mən onu hər zaman güclü gördüyümdən ölümsüz olacağını təsəvvür edirdim. Həqiqətən də ölümsüz oldu...”

Son görüş və son telefon danışığı: Mən şəhid olacağam

V.Niftəliyeva bildirib ki, Mehrabla son görüşləri sentyabrın 22-də, son telefon danışığı isə oktyabrın 31-i səhər saatlarında olub: “Yadımdadır, sentyabrın 19-u idi. Hələ müharibə başlamamışdı. Mehrab həmin gün mənə tezliklə şəhid olacağını dedi, xeyli vəsiyyət etdi və uşaqları tapşırdı. Ondan sonra həyatımıza necə davam edəcəyimizin planlarını qurdu. O zaman təəccüblənsəm də Mehraba diqqətlə qulaq asdım. Mən ömrümün sonunadək onun qoyduğu yol ilə gedəcəyəm. Son dəfə evdən çıxanda - sentyabrın 22-də isə birlikdə mağazaya getdik, bayraq aldıq. Hər zaman üstündə bayraq olardı. Deyirdi “bayrağı üstümdə gəzdirirəm ki, birdən müharibə olar, əlimə imkan düşər Şuşaya bayraq asaram. Şuşaya bayraq asmaq arzumdur”.

Döyüşlər zamanı ara-sıra əlaqə saxlayırdı. Hər zaman deyirdi ki, hər şey yaxşıdır. Ordumuz irəlilədikcə çox sevinirdi. Hər dəfə mənə deyirdi ki, özündən muğayat ol, uşaqlara yaxşı bax, övladlarımız sənə əmanətdir. Mən şəhid olacağam, amma sən heç vaxt ağlama. Deyirdi şəhid qardaşlarımıza görə məyus olmayın, onlar ən ali zirvəyə yüksəliblər. Biz də onların qisasını yerdə qoymuruq.

Döyüşlər zamanı bir dəfə - oktyabrın 22-də yaralansa, da hospitaldan döyüş meydanına qayıtdı. Yaxınlığına düşən minaatan mərmisinin qəlpəsi ona xəsarət yetirmişdi. İki gün hospitalda qaldı. Mehraba dedim bir neçə gün də qalıb müalicəsini davam etdirsin. Dedi ki, “sən nə danışırsan?! Döyüş yoldaşlarım od-alovun içində ola-ola mən burda qala bilmərəm”.

Vətən müharibəsi dövründə tanıdığımız insanların şəhid xəbəri ürəyimi üzürdü. Həm də Mehrabı itirməkdən dolayı çox qorxurdum. Müharibə dövründə onunla danışanda heç vaxt ağlamırdım. Mehrab özü də bunu sevmirdi. Mən onda ancaq ruh yüksəkliyi yaradırdım. Son danışığımızda ona yorulduğumu, hamımızın darıxdığını dedim. Dedi ki, “Vüsalə, sən nələrdən keçmədin? Sən çox güclü qadınsan. Mən sənə güvənirəm, sənə arxayınlaşmışam ki, burdayam. Bilirəm ki, mən həyatda olmasam da sən missiyanı yerinə yetirə biləcək gücdəsən. Çünki mən səni 17 yaşından tanıyıram. Daha mənə zəng çatmayacaq. Bu döyüşdən qayıdış olmaya bilər. Hər şeyə hazır və güclü ol. Mən geridə - Sumqayıtda özümdən sonra ikinci Mehrab qoyub gəlmişəm”. Bu cümlə hər zaman qulağımda səslənir. Ona görə də hər zaman ayaqda qalacaq və Mehrabın vəsiyyətlərini zamanla yerinə yetirəcəyəm. Üç övladımız var: bir qız, iki oğlan. Mehrab uşaqlarına çox bağlı idi. Məndən xahiş etdi ki, övladlarımız xalqa, Vətənə faydalı vətəndaş kimi yetişsin, dövlət idarəçiliyinə aid olan vəzifələrdə çalışsınlar. Onun övladlarımızla bağlı arzularını həyata keçirəcəyəm.

Mehrab Aprel döyüşlərində də iştirak edib. O zaman da bizimlə vidalaşıb getdi, tapşırıqlarını verdi. Lakin salamat qayıdacağına söz verdi və sözünün üstündə də durdu. Yadımdadır, aprelin 5-də əlaqə saxladıq. Həmin zamanlar balaca övladım hələ dünyaya gəlməmişdi. Dedi ki, “narahat olma, mən gələcəyəm və oğlumuzu xəstəxanadan birlikdə çıxaracağıq”. Vədinə əməl etdi və qayıtdı. Vətən müharibəsində ancaq şəhid kimi qayıdacağına söz verdi. Onda da sözünü tutdu...

Ən yaxın dost və silahdaşa vəsiyyət: Ailəm sənə əmanət

V.Niftəliyeva bildirib ki, Mehrab noyabrın 4-də ən yaxın dostu və döyüş yoldaşı olan bir zabitə şəhid olacağını deyib və vəsiyyət edib: “Həmin gün yorğun görünürmüş. Dostuna deyib ki, gəl şəkil çəkdirək xatirə qalsın. Deyib ki, çox narahatam, mənə nəsə olacaq. Həyatda yeganə güvəndiyim insan sənsən. Əgər şəhid olsam, ailəm, övladlarım sənə əmanət”. Bu hadisədən 4 gün sonra Mehrab Şuşada şəhid olub. Həmin zabit əsl dostluğunu nümayiş etdirir və hər zaman Mehrabın övladları ilə maraqlanır, onları diqqətindən kənarda saxlamır.

Şəhidin xanımı: Mehraba sıradan bir ölüm yaraşmırdı

Vüsalə Niftəliyeva Mehrabın yoxluğunun onun üçün çox çətin olduğunu deyib: “Mən təkcə həyat yoldaşımı deyil, ən yaxın və sadiq dostumu da itirmişəm. Bu itki, ayrılıq cisməndir. O ruhən hər zaman mənimlədir. Bilirəm ki, yanımızdadır. Tez-tez yuxularıma gəlir. Mehrab elə bir insan idi ki, 35 illik ömrünə hər şeyi sığdırdı. Onun qismətində şəhidlik var imiş. Mən Mehraba adi ölüm yaraşdırmırdım. Allah ona ölümlərin alisini nəsib etdi. O, ən yüksək zirvəyə ucaldı. Şuşanı çox arzulayırdı, muradına çatdı. Şuşa Zəfərini yaşayaraq əbədiyyətə qovuşdu.

Mən bir şəhid xanımı kimi fəxr edirəm ki, ərazi bütövlüyümüzün bərpasında, məcburi köçkünlərin torpaq həsrətinə son qoyulmasında Mehrabın da böyük əməyi var. O torpaqların hər qarışı şəhidlərimizin qanı ilə yoğrulub. Şəhidlərin xanımlarına səslənirəm ki, biz güclü olmalıyıq. Çünki bizim həyat yoldaşlarımız çox güclü idi. Ayaqda durub övladlarımızı atalarının istədiyi kimi böyütməliyik. Xalqımız sağ olsun, şəhidlərin əmanətlərini unutmurlar. Ali Baş Komandana minnətdaram ki, Mehrabın xidmətlərini yüksək qiymətləndirdi və onu Vətən Müharibəsi Qəhrəmanı adına layiq gördü. O, həqiqətən də bir qəhrəman idi. Mehrabın adı Quba və Sumqayıtda küçələrə, o cümlədən Quba şəhəri Texniki Təmayüllü Liseyə verilib. Şəhidlərimizin adlarının belə əbədiləşdirilməsi böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda yetişməsində də böyük rol oynayacaq.

Bu gün şəhid kəşfiyyatçımızın şəhidlik mərtəbəsinə yüksəlməsindən bir il ötdü. Ruhun şaddır, igid döyüşçü. Çünki bu gün, bəli, məhz bu gün Şuşa Zəfərinin və böyük Qələbənin ildönümüdür. 35 illik həyatında bu günü gözləyərək yaşadın, şərəfli tariximizə öz imzanı həkk edərək ölümsüzlüyə qovuşdun. Həm şahidləri, həm də şəhidləri Zəfərlə müjdələyən savaşçı, şəhadətin mübarək!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlon Mask tarixdə ilk trilyonçu olub

Konqo Demokratik Respublikasının milli komandasına ABŞ-yə getməyə icazə verilib

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib