Noyabrın 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
dəyişkən buludlu, əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 1-3°, gündüz 5-9° isti olacaqdır.
Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaqdır.
Atmosfer təzyiqi 777 millimetr civə sütunundan 760 millimetr civə sütununadək enəcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən yağmursuz hava şəraiti gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 9-14° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
əsasən yağmursuz olacaq.
Temperatur gecə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq, bəzi yerlərdə 6° təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-
Füzuli-Cəbrayıl rayonlarında
əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5°-9° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında
əsasən yağmursuz, bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 0-5° isti, gündüz 2-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3° şaxtadan 2° -dək isti, yüksək dağlıq ərazilərdə havanın minimal temperatur 17-22° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən yağmursuz, gecə və axşam bəzi yerlərdə duman gözlənilir.
Temperatur gecə 3°-dən şaxtadan 2°-dək isti, gündüz 5-10° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman.
Temperatur gecə 1-4° isti, gündüz 5-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, bəzi yerlərdə 6° isti olacaqdır.