Numan Kurtulmuş: Azərbaycan xalqının ağrısını bölüşürük
Ankara, 26 fevral, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, Türkiyə parlamenti sədrinin sosial media paylaşımında deyilir: “Faciənin 34-cü ildönümündə Xocalıda şəhid olan qardaş və bacıların xatirəsini səmimi-qəlbdən yad edirəm və Azərbaycan xalqının ağrısını bölüşürəm”.
Numan Kurtulmuş “Bir millət, iki dövlət” kəlamı işığında “dost və qardaş Azərbaycana sarsılmaz dəstək və həmrəylik” ifadə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]