Nur-Sultanda Dünya və Ənənəvi Dini Liderlərin VII Qurultayı 2022-ci ildə keçiriləcək
Nur-Sultan, 3 iyun, AZƏRTAC
Qazaxıstanda bu ilin iyununda keçirilməsi planlaşdırılan Dünya və Ənənəvi Dini Liderlərinin VII Qurultayı 2022-ci ilə təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu bərədə Qazaxıstan Parlamenti Senatının mətbuat xidməti məlumat yayıb. Qurultayın təxirə salınmasının səbəbi ölkədə epidemioloji vəziyyətlə bağlıdır.
Məlumatda bildirilir ki, Qazaxıstanda və dünyada epidemioloji vəziyyətlə əlaqədar qurultay 2022-ci ilə təxirə salınıb. Tədbirin dəqiq tarixi qarşıdakı günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, Dünya və Ənənəvi Dini Liderlərin VII Qurultayının 2021-ci il iyunun 15-16-da Nur-Sultanda keçirilməsi nəzərdə tutulmuşdu. Qurultay 3 ildən bir keçirilir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:31]
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
- 13.10.2026 [15:51]
ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür
- 13.10.2026 [15:45]
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO
- 13.10.2026 [14:42]
Azərbaycanda polad konstruksiyalar üzrə yeni elmi-texniki kitab nəşr olunub
- 13.10.2026 [14:27]