“NURLAN” NƏŞRİYYATININ YENİ KİTABLARI
AZƏRTAC xəbər verir ki, “Nurlan” nəşriyyatında Milli Məclisin deputatı Mixail Zabelinin və Viktor Tatarenkonun “Heydər Əliyev: lider, siyasətçi, dost” (rus dilində), sənətşünaslıq namizədi, professor Tahirə Yaqubovanın “Çalğı alətlərinin şahı”, filologiya elmləri namizədi Nəbi Əsgərovun “Areal türk onomastik vahidlərinin linqvistik xüsusiyyətləri”, filologiya elmləri doktoru, professor Pənah Xəlilovun “Ədəbi icmallar və portretlər”, filologiya elmləri namizədi Günay Rəfibəylinin “İngilis və Azərbaycan dillərində feli tərkiblər”, Məhəmməd Əsəd bəyin “Şərqdə neft və qan”, Eldar İsmayılın “Türkün xilaskarı” və s. kitablar çapdan çıxmışdır.
Aleksandr Dümanın (ata) “Qafqaza səyahət” kitabının originaldan tərcüməsi də yaxın zamanlarda nəşr olunacaqdır.