Nurlana Məmmədzadə: Azərbaycan Gimnastika Federasiyası beynəlxalq turnirlər mövsümünə start verib
Bakı, 18 fevral, AZƏRTAC
Bu gün Azərbaycan Gimnastika Federasiyası (AGF) beynəlxalq turnirlər mövsümünə start verib. Ənənəyə uyğun olaraq, mövsümün ilk yarışı batut gimnastikası üzrədir. İki gün davam edəcək dünya kuboku yarışlarının ilk günündə təsnifat, növbəti günündə isə final mərhələləri təşkil olunacaq. Ötən illərdə olduğu kimi, kubok yarışlarında ən çox icra xalını yığmış gimnasta “AGF Trophy” kuboku təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri AGF-in baş katibi Nurlana Məmmədzadə deyib.
Baş katib bildirib ki, bu il və gələn il təşkil olunacaq dünya kuboku yarışları idmançılar üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, həmin yarışlar “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
“Ötən il Bakıda təşkil olunan dünya kuboku yarışlarında Azərbaycan batutçusu Selcan Mahsudova gümüş medal qazanmışdı. İl ərzində keçirilmiş dünya kuboku yarışlarının yekun nəticəsinə görə, idmançımıza Beynəlxalq Gimnastika Federasiyasının kuboku təqdim olunub. Builki yarışa da idmançımız ciddi hazırlaşıb. Ümid edirəm ki, təmsilçimiz təsnifat mərhələsində uğurla çıxış edərək finala vəsiqə qazanacaq”, - deyə N.Məmmədzadə əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]