Nyu-York kitabxanasında Friderik Şopenin naməlum valsı tapılıb
Bakı, 29 oktyabr, AZƏRTAC
ABŞ-ın Manhetten bölgəsində yerləşən Morqan Elmi Kitabxana və Muzeyində bəstəkar Friderik Şopenin naməlum valsının əlyazması aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, “New York Times” qəzeti bu barədə kitabxananın əməkdaşı Robert Makklellana istinadla məlumat yayıb.
Məlumata görə, valsın əlyazması kitabxanaya 2019-cu ildə bir nəfərin vəsiyyəti əsasında gətirilib, lakin koronavirus pandemiyası səbəbindən kataloqa salınmayıb. Valsın Şopenin təxminən 20 yaşı olan vaxtlara - 1830-1835-ci illərə təsadüf etdiyi güman olunur.
“Əsər tamamlanmış hesab edilsə də, Şopenin digər valslarından daha qısadır - təkrarla cəmi 48 takt və ya təxminən 80 saniyə”, - deyə məqalədə bildirilir.
Əlyazmanı infraqırmızı və ultrabənövşəyi şüalar altında təhlil edən kitabxana işçiləri əsərin XIX əsrə aid mürəkkəblə yazıldığını müəyyən ediblər. Vals Şopenin 1830-cu illərin əvvəllərində bəstələdiyi əsərlərinin üslubuna uyğun gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]