NYU-YORK METROSUNDA BAQAJIN YOXLANILMASI KONSTİTUSİYAYA ZİDD DEYİLDİR
Hakim Riçard Berman bildirmişdir ki, belə axtarışlar terorrizmlə mübarizədə səmərəli üsuldur, şəxsi həyata müdaxilə isə cüzidir. Berman sərəncamında yazmışdır: “Nyu-York metrosunda terror aktları təhlükəsi realdır. Terror əleyhinə tədbirlərin həyata keçirilməsi zərurəti şübhəsizdir, vacibdir və daim artır”.
Çantaların yoxlanılmasına Londonda törədilən terror aktlarından sonra, iyulun 22-də başlanmışdır. Nyu-Yorkun meri Maykl Blumberq hakimin qərarını bəyənərək, sərnişinlərin əşyalarının yoxlanılmasını ağıllı ehtiyat tədbiri adlandırmışdır.
Nyu-York metrosu hazırda ABŞ-da ən iri yeraltı nəqliyyat vasitəsidir və gündə 4 milyondan çox sərnişin daşıyır.