NYU-YORKDA “AZERBAİJAN REVİEW” QƏZETİNİN NƏŞRİNƏ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən “Azərbaycan Nyu-York Assosiasiyası” “Azerbaijan Review” qəzetini nəşr etdirməyə başlamışdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Amerika ictimaiyyətini Azərbaycan həqiqətləri və ölkəmizdə gedən siyasi-iqtisadi proseslər haqqında ətraflı və düzgün məlumatlandırmaq məqsədi ilə qəzet ingilis dilində nəşr olunur. Qəzetin baş redaktoru Pərvanə Abbaspurdur.
“Azerbaijan Review” qəzetinin Azərbaycan və digər diaspor təşkilatlarının nümayəndələri, yerli əhali və Nyu-Yorkda akkreditə olunmuş xarici ölkələrin diplomatik missiyaları arasında yayılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]